Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada daha 4 azərbaycanlı koronavirusa yoluxub

Almaniyada qaçqın yataqxanasında məskunlaşan 4 Azərbaycan vətəndaşının koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb...

Ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərinin Sankt Aqustin bölgəsində yerləşən və təxminən 500-ə yaxın sığınacaq axtaranın məskunlaşdığı yataqxanada yaşayanların koronavirusla bağlı verdikləri testin nəticələri açıqlanıb.

Məlum olub ki, yüngül və ağır olmaqla iki qrupda dərəcələndirilən 116 nəfərin test nəticələri pozitiv çıxıb. Sözügedən yataqxanada məskunalaşan həmvətənlərimizdən biri “Report”a bildirib ki, koronavirusa yoluxanlardan 4-ü Azərbaycan vətəndaşlarıdır:

“Onsuz da, bu haym (yataqxana – almanca) həbsxana kimi yerdir. Sosial məsafənin və digər izolyasiya tədbirlərinə əməl etmək mümkünsüzdür. Həkimlər haymın tibb mərkəzində hamıdan bir-bir test nümunələri götürdülər. Bu gün də yataqxananın mühafizəçiləri kimdə koronavirus çıxmışdısa, onlara analizlərinin nəticəsini məktubda verdi. Sonra yataqxananın qarşısında 5-6 təcili yardım maşını peyda oldu. Daha ağır xəstələri Bonn və Köln şəhərindəki xəstəxanalara apardılar. Digərlərini isə haymın bir korpusuna yığdılar. Onları orada xüsusi nəzarət altında saxlayacaqlar. Təəssüflər olsun ki, koronavirusa yoluxanlar arasında 4 azərbaycanlı da var. Onlardan ikisinin familiyası eynidir. Xəstələr haqqında şəxsi məlumatlar gizli saxlanılır deyə, onların ər-arvad və ya başqa qohumluq əlaqələrinin olduğu barədə məlumat verilmir”.

Yataqxananı işlədən “ORS Deutschland GmbH”ın sözçüsü Lutz Hahn isə bildirib ki, virus bir nəfər vasitəsi ilə yayılıb:

“Virusdan qorunmaq və gigiyenik qaydalara əməl edilməsi ilə bağlı broşürlər hazırlayıb paylamışıq. Eyni zamanda 11 dildə videoçarx hazırlayıb, yataqxana sakinlərinə izlətmişik. Lakin nəzərə alaq ki, bura həbsxana deyil. İnsanları olduqca sərt qadağalar altında saxlamaq qeyri-mümkündür. Hər kəs məsuliyyətli olmalıdır”.

Almaniyada infeksion xəstəlikləri araşdıran Robert Kox İnstitutundan isə bildirilib ki, hazırda ölkədə 12 200 aktiv koronavirus daşıyıcısı var. (report)

pia.az


Etiket: Almaniya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar