Almaniyada qiymətli metalların və sikkələrin satışı ilə məşğul olan onlayn mağazalar ölkə kansleri Angela Merkelin 16 illik dövrünün sona çatmasını xatırladan təmiz qızıldan hazırlanmış suvenir sikkələr satışa çıxarıb.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Angela Merkelin portreti əks olunan qızıl sikkələrdə kanslerin bu vəzifədə çalışdığı illər göstərilib (2005-2021). 0,3 qram ağırlığında olan bir qızıl sikkənin qiyməti 49 avrodur.
Xatırladaq ki, bundan əvvəl Angela Merkel sentyabrın 26-da keçiriləcək Bundestaq seçkilərindən sonra siyasətdən gedəcəyini açıqlamışdı.
pia.az