Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlərimiz şoran torpaqların bərpası üçün yeni elmi üsul kəşf edib – Patent verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri respublikada yararsız torpaqların bərpası və inkişafı üçün yeni elmi üsul təklif ediblər

Belə ki, onlar dağ-mədən və neft sənayesi tullantılarının yenidən istifadə üsulunu kəşf ediblər. Alimlərin bu elmi nəticəsi artıq patentləşdirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu ixtira üzərində institutun geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərlik etdiyi 11 alimdən ibarət qrup işləyib. Nəticədə şoranlaşmış torpaqların istifadə ediləcək vəziyyətə gətirilməsi üçün əlavə olunan çoxkomponentli materiallar neft quyularının qazılmasından alınan tükənməz ehtiyata malik şlam və yerli Xızı gili əsasında alınıb. Həmçinin Gədəbəyin mədən suyu və azotla modifikasiya olunmuş turş məhlul əsasında çoxkomponentli qidaverici elementlərlə zəngin kompleks birləşməsinin alınması nəzərdə tutulub.

Yeni ixtira ilə bağlı institut direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, ölkəmizin kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş 1.450.000 hektar torpaq sahəsinin təxminən 450 min hektarı şoranlaşmış və münbitliyini itirmiş torpaqlardır. O deyib: “İxtiranın reallaşmasında həm yerli, həm də xarici investorların iştirakı qaçılmazdır. Çünki belə bir üsul ölkəmizdə ilk dəfədir tətbiq olunur. Bununla belə ondan ekoloji və iqtisadi baxımdan çox faydalı gözləntilərimiz var”.

D.Hüseynov bildirib ki, yeni ixtiranın səmərə müddəti onun hansı əkin sahəsinə və birillik, eləcə də çoxillik bitkilərə tətbiq ediləcəyindən asılıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar