Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı məlumatı birbaşa insan beyninə yazmağın yolunu kəşf ediblər. Bu kəşf sayəsində insanın istənilən bacarığı öyrənməsi daha az zaman tələb edəcək. Bu və ya digər məlumatların birbaşa beyinə yazılması müasir elmin nail olmaq istədiyi vacib inqilabi kəşflərdən biridir. Alimlər hələ yaradılmamış bu texnologiyada böyük perspektivlər görürlər. Belə ki, bu cür texnologiya istənilən bacarığın öyrənilməsini çox qısa müddətdə reallaşdıra bilər.

Amerikalı tədqiqatçıların sözlərinə əsasən bu, göründüyü kimi heç də qəliz bir proses deyil. Bundan əlavə olaraq onların sözlərinə əsasən onlar bu məsələdə müəyyən nailiyyətlər də əldə ediblər. Belə ki, mütəxəssislərin yaratdıqları yeni texnologiyanın testindən keçmiş pilotlar öz pilotçuluq qabiliyyətlərini digərləri ilə müqayisədə 33% daha da yaxşılaşdırıblar. Yaradılmış yeni texnologiya təlim zamanı pilotun beynindəki elektrik siqnallarının təyinatına əsaslanır. Bu proses zamanı əldə olunmuş məlumatlar aviasimulyatorda təlim keçmiş yeni pilotlara ötürülüb.

Məlumatların ötürülməsi prosesi isə başa taxılmış xüsusi cihaz vasitəsilə beyin stimulyasiyası sayəsində reallaşdırılıb. Mütəxəssislər bildiriblər ki, əldə edilmiş yeni məlumatların mənimsənilməsi prosesi "Matrix" filmində olduğu kimi sürətli deyil. Lakin yenə də məlumatın mənimsənilməsi sürəti adi həyatdakından daha yüksəkdir. Yaradılmış yeni texnologiya barəsində dəqiq məlumatlar təqdim edilməyib. Buna görə də onun potensialı barəsində bir fikir bildirmək mümkün deyil. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar