Bazar ertəsi, 26 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlandı

2020-ci ildə müxtəlif səbəblərə görə ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Bildirilib ki, ötən il akademik borca görə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 6954 olub.

Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı 4352 olub. Onlardan 2642-si bakalavriat, 363-ü magistratura, 608-i tam orta ixtisas bazası, 739 nəfərini orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı isə 95 nəfər olub. Onlardan 83 nəfəri bakalavriat, 2-si magistratura, 2-si tam orta ixtisas bazası, 8-i isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Akademik borca görə xaric edilən tələbələrin sayı 497 nəfər təşkil edib. Onlardan 355 nəfəri bakalavriat, 14-üi magistratura, 42-si tam orta ixtisas bazası, 86-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilən tələbələrin sayı 2010 olub. Onlardan 1630 nəfəri bakalavriat, 17-si magistratura, 167-i tam orta ixtisas bazası, 196-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Eyni zamanda, təkrar kursda saxlanılan tələbələrin sayı da açıqlanıb. Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı 152 nəfər olub. Onlardan 23-ü bakalavriat, 48-i tam orta ixtisas bazası, 81-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” - Deputat

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

İcra başçısının əməli etiraza səbəb oldu – Video

“Azərbaycana göstərdik ki, dişimiz yoxdur: Bu, Qarabağın sonu olacaq”

Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı - Video

Bunu edənləri 500 manata qədər cərimə gözləyir

Qalib Prezident və xəyanətkar komanda: yumruğu stola vurmaq zamanadır!

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri

Ən çox oxunanalar