Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali Məhkəmənin Google qərarı: Bütün məlumatlar silinəcək

Avropa İttifaqı (Aİ) məhkəməsi istifadəçilərin yalan olduğunu sübut etdiyi bütün məlumatları Google-un axtarış nəticələrindən silmək qərarına gəlib...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş ofisi Lüksemburqda yerləşən Aİ-nin ən yüksək orqanlarından olan Avropa Ədalət Məhkəməsi Google-a qarşı yalan olduğu iddia edilən məzmunun silinməsi ilə bağlı qərar çıxarıb.

Qərarda deyilir:

“Açıq-aşkar yalan olduğu sübut edilə bilən məlumatlar axtarış sistemi tərəfindən silinməlidir”.

Məhkəmə saxta məzmunu sübut etmək üçün istifadəçinin məsələ ilə bağlı qərar verməsi əvəzinə, ağlabatan sübutların kifayət edəcəyinə qərar verib.

İnvestisiya şirkətinin iki rəhbəri Google-dan onlar haqqında edilən axtarışlarda şirkətlərinin investisiya modelini tənqid edən bəzi məqalələrə keçid verən axtarış nəticələrinin əsassız iddialar olduğunu əsas gətirərək silinməsini istəyib. Həmin şəxslər, həmçinin, Google-da şəkil axtarışında adları daxil edilərkən görünən miniatür şəkillərinin silinməsini tələb ediblər. Google məqalədə yer alan məlumatların doğru olub-olmadığını bilmədiyini əsas gətirərək məqalə və fotoşəkillər tələbini rədd edib. Məsələ ilə bağlı Almaniyada hüquqi proses başlanıb.

Qeyd edək ki, Almaniya Federal Məhkəməsi bu işi Aİ-nin unudulmaq hüququ və məlumatların qorunması qaydaları çərçivəsində şərh edilməsi üçün Avropa Ədalət Məhkəməsinə təqdim edib.

pia.az


Etiket: Google

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar