Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Aleksey Overçukun Ermənistanda verdiyi dəhliz bəyantı... - Rusiyanın ənənəvi siyasəti, yoxsa reallıq?

Əgər Azərbaycan vətəndaşları sərbəst şəkildə bu dəhlizdən istifadə edə bilməycəklərsə, o zaman ermənilərin Laçın dəhlizindən sərbəst istifadə eləmələri nə qədər doğru və ədalətlidir?..

Politoloq: “Rusiya baş nazirinin müavini Aleksey Overçukun belə bir ifadə işlətməsi normaldır. Çünki Overçuk Ermənistanda Zəngəzur dəhliz məsələsinin müzakirə olunmasını deməyəcəkdi”.

Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə etməsi məsələsi gələcək danışıqlarda öz həllini tapan məsələlərdir. Amma Azərbaycan dəhlizdən istifadə edə bilməyəcəksə, bu zaman dəhliz niyə açılacaq?”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanda səfərdə olan Rusiya baş nazirinin müavini Aleksey Overçukun dəhliz barədə dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd.

Ermənistanda səfərdə olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, üç tərəfli komissiyada Ermənistan ərazisindən keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhliz müzakirə olunmur. Yolların açılması heç də dəhliz demək deyil.

Bilirik ki, Nikol Paşinyan da Mehridən kənar nəqliyyat dəhlizinin açılmasının tərəfdarı kimi çıxış edir. 10 noyabr bəyanatında Naxçıvanla blokadanın qaldırılması açıq şəkildə göstərildiyi halda Overçukun bu bəyanatını necə dəyərləndirmək olar? Digər tərəfdən, əgər Azərbaycan vətəndaşları sərbəst şəkildə bu dəhlizdən istifadə edə bilməycəklərsə, o zaman ermənilərin Laçın dəhlizindən sərbəst istifadə eləmələri nə qədər doğru və ədalətlidir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Dəhliz məsələsində Azərbaycana heç bir şərt qoyula bilməz. Bu Overçukun şəxsi fikirləri ola bilər”.

RusiyaErmənistan tərəfi dəhliz məsələsində problemlər yaradacaqsa, Azərbaycan tərəfinin ermənilərin dəhlizdən keçməsini dayandıracağını deyən politoloq PİA.az-a bildirib ki, Laçın dəhlizi Azərbaycanın Ermənistana qarşı istifadə edəcəyi ən böyük rıçaqdır. Bu rıçaqdan Azərbaycan tərəfi maksim istifadə etməlidir:

Rusiya baş nazirinin müavini Aleksey Overçukun belə bir ifadə işlətməsi normaldır. Çünki Overçuk Ermənistanda Zəngəzur dəhliz məsələsinin müzakirə olunmasını deməyəcəkdi. Onsuz da Overçuk desə də, deməsə də hazırda dəhlizlə bağlı məsələ aktualdır. Zəngəzur dəhlizi məsələsini RusiyaErmənistan tərəfi nə qədər inkar etməyə çalışsa da, dəhliz məsələsi 10 noyabr bəyanatında açıq göstərilib. Buna görə də istər Rusiya, istərsə də Ermənistan tərəfi bu məsələdən imtina edə bilməz.

Overçukun bəyanatını Rusiyanın Ermənistanın yanında olduğunu göstərmək kimi qiymətləndirə bilərik. Əgər sabah Overçuk Bakıya gəlsə, bu fikirləri fərqli formada Azərbaycanın xeyrinə deyəcək. Beləliklə də biz ənənəvi Rusiya siyasətini görürük. Biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışlarına baxsaq görəcəyik ki, o Bakıda bir cür, Yerevanda isə başqa cür çıxış edir. Bu ölkələrin bir-birinə qarşı ortaq maraqlarına görə atdıqları addımlardır.

Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə etməsi məsələsi gələcək danışıqlarda öz həllini tapan məsələlərdir. Amma Azərbaycan dəhlizdən istifadə edə bilməyəcəksə, bu zaman dəhliz niyə açılacaq?

Zəngəzur dəhlizindən Azərbaycan vətəndaşları istifadə etməlidir. Dəhlizin bizim üçün mahiyyəti Naxçıvanla Azərbaycanın quru sərhəddinin bərpa edilməsidir. Eyni zamanda Anadolu türkləri ilə Mərkəzi Asiya türklərinin bu dəhliz vasitəsilə yenidən bir araya gələ biləcək. Bunun mahiyyətini anlamaq olduqca vacibdir. Çünki bu təkcə Azərbaycan-Ermənista­n konflikti deyil. Zəngəzur dəhliz məsələsi bütün türk dünyasını əhatə edən məsələdir. Buna görə də dəhlizin həlli vacibdir.

Turan Rzayev: “Ermənistan tərəfinin nə deməsindən asılı olmayaraq, yaxud da Rusiya rəsmisinin nə deməsindən asılı olmayaraq ortada 10 noyabr bəyanatı var. Bu bəyanatın bəndləri mütləq şəkildə yerinə yetirilməlidir”.

Dəhliz məsələsində Azərbaycana heç bir şərt qoyula bilməz. Bu Overçukun şəxsi fikirləri ola bilər. Məntiqlə yanaşsaq bu gün dəhlizin açılması Azərbaycandan daha çox Ermənistana sərf edir. Çünki Ermənistan bu yolla Rusiya ilə birbaşa quru bağlantıya qoşulacaq. Yəni dəhlizin açılması Ermənistanın özünün marağındadır.

Təbii ki, RusiyaErmənistan tərəfi dəhliz məsələsində problemlər yaradacaqsa, Azərbaycan tərəfi ermənilərin dəhlizdən keçməsini dayandıracaq. Laçın dəhlizi Azərbaycanın Ermənistana qarşı istifadə edəcəyi ən böyük rıçaqdır. Bu rıçaqdan Azərbaycan tərəfi maksim istifadə etməlidir.

Düşünürəm ki, təşvişə heç bir səbəb yoxdur. Çünki hazırkı hadisələr Azərbaycanın xeyirinə cərəyan edir. Görünür Azərbaycan rəhbərliyi məsələni yaxından izləyir. Əks təqdirdə biz fərqli ssenarilərlə üzləşə bilərdik. Ermənistan tərəfinin nə deməsindən asılı olmayaraq, yaxud da Rusiya rəsmisinin nə deməsindən asılı olmayaraq ortada 10 noyabr bəyanatı var. Bu bəyanatın bəndləri mütləq şəkildə yerinə yetirilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Operatoru öldürən məşhur aktyordan ilk açıqlama

Türkiyənin gündəmi olan cinayət: Gülərək qardaşının meyitini suladıqlarından danışdı - Video 

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Ən çox oxunanalar