Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akar: “Pəncə-Qılınc” əməliyyatında 364 terrorçu zərərsizləşdirilib”

“Pəncə-Qılınc” əməliyyatında 364 terrorçu zərərsizləşdirilib...

“Report” DHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Onun sözlərinə görə, 2015-ci ilin iyulun 24-dən ölkə daxilində, həmçinin İraqSuriyanın şimalında toplam 37 min, ilin əvvəlindən bəri isə 4 min civarında terrorçu zərərsizləşdirilib.

Eyni zamanda nazir Türkiyə Silahlı Qüvvələrinin kimyəvi silah və sursat hazırlamadığı, istehsal etmədiyi, yığmadığı və istifadə etmədiyini vurğulayıb:

“İnventarda beynəlxalq hüquq və razılaşmalarla yasaqlanmış heç bir silah və sursat əsla mövcud olmayıb”.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriyaİraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Noyabrın 19-da yerli vaxtla saat 19.00-da Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd “F-16” tipli döyüş təyyarəsi ilk hədəfləri məhv edərək Diyarbəkirə qayıtdıqdan sonra noyabrın 20-də yerli vaxtla saat 01.00-da “F-16” və “F-4” döyüş təyyarələri ilə yanaşı çox sayda zərbə PUA-ları və tanker təyyarələri gecə yarısı əməliyyata başlayıb. Hava əməliyyatı Rusiyanın nəzarətində olan Suriya hava məkanında həyata keçirilib. Türkiyə sərhədindən 160 km dərinliyə qədər ərazini əhatə edən əməliyyat ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən “Hesab zamanı! Xain hücumların bədəli ödətdirilir!” tviti ilə elan edilib. Türkiyə Quru Qoşunları əməliyyata artilleriya dəstəyi verib. Əməliyyatla bağlı məhv edilmiş hədəfin görüntüləri Türkiyə MN tərəfindən “Terror yuvaları dəqiq vuruşlarla məhv edilir” şərhi ilə paylaşılıb.

Əməliyyat çərçivəsində Suriyanın şimalında Tel Rifat, Ayn Əl Ərəb, Derbesiye, Maranez, Malikiye, Ayn İsa, Ayn Dagne, həmçinin İraqın şimalında Qəndil, Süleymaniyyə və Sincardakı hədəflər vurulub.

Milli Müdafiə Nazirliyi əməliyyatın özünümüdafiə hüququ kimi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini açıqlayıb.

pia.az


Etiket: Hulusi Akar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar