Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini açıqlayıb

Avropa Komissiyası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini açıqlayıb...

PİA.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin birgə keçirdiyi mətbuat konfransında deyilib ki, “ötən həftə “Rusiya Ukraynaya təcavüzünü yeni bir səviyyəyə qaldırıb”.

Aİ liderləri bildirib ki, “Rusiyanın işğal etdiyi ərazilərdə saxta referendumlar keçirməsi qeyri-qanuni torpaq qoparmaq və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdidir”.

“Səfərbərlik və Prezident Putinin nüvə ritorikası gərginliyin daha da artırılması yolunda yeni addımlardır. Biz heç bir saxta referendumu və anneksiyaları qəbul etmirik. Biz bütün bunların bədəlini Kremlə ödətdirməkdə qətiyyətliyik. Bu gün biz Rusiyaya qarşı yeni sanksiya paketini təklif edirik”, - Ursula von der Leyen bildirib.

O vurğulayıb ki, növbəti sanksiyalar paketində fiziki və hüquqi şəxslərin yeni siyahısı təqdim olunacaq: “Ticarətin daha da məhdudlaşdırılması və Rusiya məhsullarına yeni idxal qadağaları. Hansı ki, bu, ölkənin iqtisadiyyatını 7 milyard avro gəlirdən məhrum edəcək. İxrac sahəsində məhdudiyyətlər, xüsusən də onun müharibəsi üçün lazım olan əsas texnologiyalar, aviasiya ilə bağlı hissələr və ya kimyəvi maddələr bura daxildir. Rusiya Avropanın beyin gücü və təcrübəsindən də faydalanmamalıdır. Beləliklə, biz təklif edirik ki, Rusiyaya Avropa xidmətlərinin göstərilməsinə əlavə qadağalar tətbiq olunsun. Aİ vətəndaşlarının Rusiya dövlət şirkətlərinin idarəetmə orqanlarında çalışması qadağan edilsin”.

Von der Leyen əlavə edib ki, sanksiyaların bir hissəsi Rusiyanın nefti ilə bağlı olacaq: “Biz neft qiymətlərinin həddi üçün hüquqi əsasın müəyyən olunmasını təklif edəcəyik. Bəzi inkişaf etməkdə olan ölkələrin hələ də aşağı qiymətlərlə Rusiya neftinə ehtiyacı var. Bu hədd Rusiyanın gəlirlərini azaltmağa və qlobal enerji bazarlarını sabit saxlamağa kömək edəcək. Biz sanksiyaların qarşısının alınması ilə bağlı səylərimizi gücləndiririk. Ona görə də biz yeni kateqoriya əlavə edirik ki, sanksiyalarımızdan yayınan şəxsləri siyahıya sala bilək. Məsələn, Rusiya tərəfi Avropadan məhsul alıb onu üçüncü ölkə vasitəsilə Rusiyaya keçirə bilməyəcək. Bu, güclü çəkindirici təsir olacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar