Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ liderləri Roman Protaseviçə görə Belarusa yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) liderləri təyyarə hadisəsindən sonra Belarusa qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Yeniavaz.com “golosameriki.com”a istinadla xəbər verir ki, Aİ liderləri Belarusda müxalifətçi jurnalist Roman Protaseviçin uçduğu təyyarənin məcburən endirilməsi və onun həbs edilməsi hadisəsindən sonra sanksiyaların genişləndirilməsi barədə qərar qəbul ediblər. Verilən məlumatlarda bildirilib ki, Litva Belarusla aviareysləri artıq dayandırıb, İngiltərə də eyni addımı atıb. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen təyyarənin məcburi endirilməsi və jurnalistin saxlanılmasını “qəbuledilməz hadisə” adlandırıb. Almaniya kansleri Angela Merkel isə təyyarənin saxlanılması barədə Belarus hökumətinin açıqlamalarının inandırıcı olmadığını deyərək rədd edib.

Aİ liderləri yeni sanksiyaların tətbiq ediləcəyini bildirirək, Belarus hökumətini atdığı bu addımdan geri çəkilməyə çağırıb.

Xatırladaq ki, Yunanıstandan Litvaya uçan “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsi Belarus hava məkanından keçərkən göyərtəsində bomba olduğu iddia edilərək zorla Minskə endirilib və təyyarədəki müxalif jurnalist belaruslu Roman Protaseviç saxlanılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar