Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb - Foto

Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb...

Report” xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 36 yaşlı Sakit Bağırov gecə küçədə gedərkən naməlum vəhşi heyvan qəflətən onun üstünə hücum edərək sol biləyindən dişləyib. Özünü itirməyən S.Bağırov heyvanın boğazından yapışaraq yerə çırpıb. Lakin heyvan yenidən onun sifətindən yapışıb.

Səs-küyə yaxınlıqdakı evlərdə yaşayan sakinlər köməyə gəliblər. Bu zaman vəhşi heyvan qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. S.Bağırovun sifətinin müxtəlif nahiyəsinə tikiş vurulub.

Hələlik ona hansı vəhşi heyvanın hücum etdiyi məlum deyil.

Sakinlərin sözlərinə görə, artıq bir neçə ildir gecələr kənddəki həyətlərə vəhşi heyvanlar soxulur, ev heyvanlarına hücum edirlər.

Həmin heyvanın yaxınlıqdakı dağlıq və meşəlik ərazilərdən gəldiyi güman olunur.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar