Bazar, 29 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb - Foto

Ağsu sakini naməlum vəhşi heyvanın hücumuna məruz qalıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 36 yaşlı Sakit Bağırov gecə küçədə gedərkən naməlum vəhşi heyvan qəflətən onun üstünə hücum edərək sol biləyindən dişləyib. Özünü itirməyən S.Bağırov heyvanın boğazından yapışaraq yerə çırpıb. Lakin heyvan yenidən onun sifətindən yapışıb.

Səs-küyə yaxınlıqdakı evlərdə yaşayan sakinlər köməyə gəlib. Bu zaman vəhşi heyvan qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. S.Bağırovun sifətinin müxtəlif nahiyəsinə tikiş vurulub.

Hələlik ona hansı vəhşi heyvanın hücum etdiyi məlum deyil.

Sakinlərin sözlərinə görə, artıq bir neçə ildir ki, gecələr kənddəki həyətlərə vəhşi heyvanlar soxulur, ev heyvanlarına hücum edirlər.

Həmin heyvanın yaxınlıqdakı dağlıq və meşəlik ərazilərdən gəldiyi güman olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda binanın mansardında tikilən əlavə balkon sökülür - Video, Yenilənib

Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edir? – Fantastik qiymətlər

Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası - Görüntülər

Amerikalı general ABŞ-Çin müharibəsinin tarixini proqnozlaşdırdı

Sabahdan rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir

“Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”

Azərbaycanın İrandakı səfirliyinə hücum - Tehran qonşularını təhdid etməyə davam edir...

Ən çox oxunanalar