Çərşənbə, 28 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ağdamda 180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlanıb

Aprelin 23-də daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Ağdam rayonu Qaradağlı kəndində vətəndaşa məxsus 10-XE-436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə baxış keçirilib

AQTA-dan verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 180 kq mənşəyi məlum olmayan istifadəyə yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. Aşkarlanmış heyvan cəmdəyinin anti-sanitar şəraitdə daşındığı məlum olub. Heyvanın orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin qoxusu olduğu müəyyən edilib.

Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa çağırır. Vətəndaşlardan istifadəsi şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

BDU-da baş verən qanlı insidentlə bağlı ilginc təfərrüat

BDU-nun iki əməkdaşının bıçaqlanmasının səbəbi bilindi - Yenilənib, Foto

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran vəzifəli şəxs kimdir?

"Anna Akopyan Bakıdan gələn qara kürü yeyir" - Foto

"Ola bilsin, nazir də dəyişilsin, mülki şəxs gətirilsin”

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Xalq artisti: "Bir qızım məmur, o biri diplomatdır, digəri isə həkimdir"

Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Ən çox oxunanalar