Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdən Bakıya mühüm jest - "Demokratiya sammiti" ərəfəsi İrəvana zərbə

Ən inadkar paytaxtlar da yeni Qarabağ reallığını qəbul etmək zorundadır; Paşinyan Qərbdə axtardığı dayağı tapmayacaq; Minsk Qrupu isə həmişəlik basdırılır...

Kapitulyasiya sənədinə imza atan Ermənistan bir ildən çoxdur qurtuluşu yenə yanlış ünvanda axtarır. Dəfələrlə yazdığımız kimi, bu adda qondarma dövlətin dünyanın siyasi xəritəsində və ayaqda qalması, inkişafı müstəsna olaraq, iki əsas qonşuya - Azərbaycana və Türkiyəyə bağlıdır, nəinki uzaq Qərb paytaxtlarına və ya həmsərhəd olmayan Rusiyaya.

30 illik Qarabağ münaqişəsinin tarixi bu qənaətə artıq öz silinməz möhürünü basıb. Nə Rusiyanın silah-sursatı, nə Qərbdəki havadarlar və erməni lobbisinin pulu işğalçı Ermənistana kömək ola bilməyib. Yenə olmayacaq. O cümlədən Avropa İttifaqının 5 ilə hissə-hissə vəd elədiyi 2.6 milyard avroluq kömək erməni xalqını ağ günə çıxara bilməz, əgər rəsmi İrəvan Bakı və Ankaraya qarşı real konstruktiv siyasətə köklənməsə.

Paşinyan hökuməti isə bunun əvəzinə, hələ də ən çox öz xalqına ziyan gətirəcək ikili oyun oynamağa, “iki stul” siyasəti aparmağa davam edir. Qərbdə “saman çöpü” axtarır - Azərbaycan və Türkiyənin atdığı “xilas kəməri”ni vaxt itirmədən götürmək əvəzinə.

*****

“Saman çöpləri”ndən biri də ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə bir həftə sonra (9-10 dekabr) onlayn formatda keçirilməsi gözlənilən növbəti “demokratiya sammiti”nə Paşinyanın da dəvət olunmasıdır. Yaxud Ermənistan rəhbərliyinin Avropa Birliyindən (AB) boş gözləntiləri. Heç şübhə yox ki, dekabrın 15-də Brüsseldə keçiriləcək AB-nin “Şərq Tərəfdaşlığı” sammiti bir daha tərəfdaş ölkələrin (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın) ərazi bütövlüyü və suverenliyinə təşkilatın sadiq qaldığını təsdiqləməsi ilə yadda qalacaq. Sammit çərçivəsində AzərbaycanErmənistan rəhbərlərinin görüşü də yüzdə yüz alqoritmə və siyasi ovqata tam uyğun olacaq.

Başqa sözlə, Azərbaycanın 44 günlük müharibədəki hərbi qələbəsinin hər hansı beynəlxalq təşkilat və ya mərkəz, habelə Qərb tərəfindən şübhə altına alınması gözlənilmir - ermənilərin və beynəlxalq erməniliyin bütün cəhdlərinə rəğmən. Çünki son müharibə sırf beynəlxalq hüququn təsbiti naminə və BMT Nizamnaməsi əsasında aparılıb, ən əsası, bir işğalçı dövlət üzərində qazanılıb. Ermənilərin həyasızcasına iddia elədikləri kimi, hər hansı etnik təmizləmədən, “artsaxa qarşı təcavüz aktı”ndan da söhbət gedə bilməz. Bir ölkə özü-özünə təcavüz eləməz ki, yalnız öz ərazisini işğaldan azad edər.

*****

Bakının yaratdığı reallıq, yeni status-kvo artıq Qərbin ən inadkar paytaxtları tərəfindən da qəbul və etiraf olunmaqdadır. Məsələn, az öncə Fransa səfiri Zakari Qross işğaldan azad edilən Ağdam rayonunda olub, oradakı erməni vandalizmini öz gözləri ilə görüb.

İki gün öncə isə ABŞ-ın Bakıdakı səfiri Erl Litsenberq və Britaniya səfiri Ceyms Şarp Ağdama gedib, dağıdılmış abidələr və şəhərin bərpa planı ilə tanış olublar. Amerikalı diplomat Azərbaycanın xeyrinə bəzi mühüm açıqlamalar da verib. Necə deyərlər, “şeytanın qıçını” əməllicə sındıraraq, “demokratiya sammiti”nə hazırlaşan Paşinyanı, rəsmi İrəvanı bərk məyus edib.

Fransa və ABŞ səfirlərinin Ağdam səfəri həm də ona işarədir ki, İrəvanın məlum səbəblərdən çox ümid bəslədiyi ATƏT-in Minsk Qrupunu diriltmək şansları sıfırlanmaqdadır.

Bu harasıdır, konflikt dövründə Ermənistan üçün yeganə “nəfəslik” rolu oynamış İran da İƏT-in Aşqabad sammitində imzalanan sənədlərdən göründüyü kimi, artıq öz mövqeyini 180 dərəcə dəyişərək, “qulpsuz çamadan” Ermənistanın deyil, bölgənin açar ölkəsi Azərbaycanın yanında yer almaq qərarı verib. Yəni Tehran nəhayət ki, rasionalizmi, tərəqqi yolunu seçib.

*****

Ermənistan beləcə, hamı üçün maraqsız ölkəyə çevrilməkdədir. Bədnam qonşular əgər hazırkı destruktiv mövqedə qalmağa davam eləsələr, hələ çox məyus olacaqlar. Ona görə ki, onlara təklif ediləni dərhal götürmək, hətta “göydə qapmaq” əvəzinə, hələ də miflərlə, abstrakt ideyalarla yaşayır, revanşist planlara ümid edirlər.

Bu arada Ermənistanın ilk prezidenti, ölkə rəhbərləri arasında ən praqmatiki sayılan, Qarabağ məsələsində rasional siyasət apardığı üçün vaxtilə (1998) Qarabağ klanının hakimiyyətdən devirdiyi Levon Ter-Petrosyanın 2-ci Qarabağ savaşından sonra öz xalqına etdiyi müraciət yada düşür. Ter-Petrosyan demişdi ki, erməni xalqı daha “miatsumu”, “dənizdən-dənizə Ermənistan” xülyasını unutmalıdır. Ayrı sözlə, öz xalqını, nəhayət, yeganə doğru tapmağa, əsas qonşuları ilə anlaşmağa çağırmışdı.

Oxşar xəbərdarlığı o uzaq 1998-ci ildə də eləmişdi. İstefa ərəfəsində söyləmişdi ki, “əgər biz Qarabağ məsələsində təklif olunanı götürməsək, zaman gələcək, yalvaracağıq, çünki Azərbaycan güclənəcək”. Elə də oldu. Azərbaycan gücləndi və özündənrazı təcavüzkarın dərsini artıqlaması ilə verdi, “ağzından” vurdu, “dişlərini qarnına” tökdü.

Di gəl ki, İrəvan yenə ona təklif olunanı götürmək, atılan “xilas kəməri”nə sarılmaq istəmir, hoqqabazlıq edir. 2021-ci il iyunun 20-də keçirilən erkən parlament seçkilərinin nəticələri isə göstərdi ki, erməni xalqı Ter-Petrosyanın çağırışına bir elə məhəl qoymayıb. Əks halda, sabiq prezidentin partiyası (Erməni Milli Konqresi) 1 faizdən də az səs aldığı üçün parlamentdən kənarda qalmazdı. Xatırladaq ki, radikal-revanşistləri birləşdirən və Qarabağ klanı təmsilçilərinin əsasını təşkil elədiyi “Hayastan” bloku 25 faizlə ikinci olmuşdu...

*****

Yazı hazırlanarkən məlum oldu ki, Levon Ter-Petrosyan öz xalqını bir daha xəbərdar edib. Belə ki, “Tik-tok” sosial şəbəkəsində yayımlanan müsahibəsində o deyib ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib.

Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edən eks-prezident xəbərdarlıq edib: “Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? O, yeni müharibə başlada bilər və bu, erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.

Demək, seçim, həmişəki kimi, erməni xalqınındır. Babalı öz boyunlarına!..(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar