Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Addım-addım sülhə doğru? - Bayramovla Mirzoyanın Cenevrə görüşü...

Dünənki müzakirələri sülhə doğru irəliləyiş kimi qiymətləndirmək olar?..

Politoloq: “Mirzoyan və Bayramovun dünənki keçirilən görüşünün müəyyən müsbət əhəmiyyətlərinin olacağını söyləmək mümkündür”.

“Artıq Azərbaycanla Ermənistan arasında olan danışıqlar prosesinə Rusiyanın müdaxiləsi demək olar minumum səviyyədədən də aşağıdır”.

Bu sözləri politoloq Qabil Hüseynli Mirzoyanla Bayramovun dünən baş tutan görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Cenevrədə AzərbaycanErmənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirildi. Bu barədə Azərbaycan XİN məlumat yaydı.

Görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevErmənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Ceyhun Bayramov səylərin post-münaqişə dövründə AzərbaycanErmənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Ümumillikdə, Mirzoyanla Bayramovun dünənki görüşünü necə dəyərləndirmək olar? Son müzakirələri irəliləyiş kimi qiymətləndirmək olarmı?

XİN rəhbərlərinin növbəti görüşünü PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Rusiyanın zəifləməsi fonunda Azərbaycanla Ermənistan arasındakı danışıqlarda pozitiv cəhətlər getdikcə üstünlük qazanmağa çalışacaq”.

Hələ də ermənilərin Azərbaycana qarşı fitnə-fəsadlardan istifadə etdiklərini xatırladan politoloq PİA.az-a bildirib ki, dünya iki ölkə arasında olan danışıqların konstruktiv getməsini istəyir:

“Hər halda müəyyən sabitləşdirici elementləri ön plana çəkmək lazım gəlib. Konfrantasiya ruhu yavaş-yavaş danışıqlar stolu ətrafından uzaqlaşır. Yəni ən azından görüntü şəklində olsa da, uzaqlaşır. Konstruktiv danışıqlar üçün də prespektivlər açılır.

Artıq Azərbaycanla Ermənistan arasında olan danışıqlar prosesinə Rusiyanın müdaxiləsi demək olar minumum səviyyədədən də aşağıdır. Prosesə Avropa Birliyinin, eləcə də ABŞ-ın himayəsi artır. Nəticə etibarilə onların Cənubi Qafqaz problemlərinin həllinə himayəsi çoxalır.

Qabil Hüseynli: “Prosesə Avropa Birliyinin, eləcə də ABŞ-ın himayəsi artır”.

Düşünürəm ki, getdikcə Azərbaycanla Ermənistan arasında olan danışıqlar prosesində pozitivlik meyilləri artacaq. Xüsusilə, Rusiyanın zəifləməsi fonunda Azərbaycanla Ermənistan arasındakı danışıqlarda pozitiv cəhətlər getdikcə üstünlük qazanmağa çalışacaq.

Doğrudur, hələ də ermənilər Azərbaycana qarşı fitnə-fəsadlardan istifadə edirlər. Amma dünya iki ölkə arasında olan danışıqların konstruktiv getməsini istəyir. Buna görə də Mirzoyan və Bayramovun dünənki keçirilən görüşünün müəyyən müsbət əhəmiyyətlərinin olacağını söyləmək mümkündür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar