Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Addım-addım qətl: “Qadınlara demokratiya və azadlıqdan danışırlar, kişilər buna hazır deyillər” - Foto

Qısqanclıq zəminində baş verən cinayətlərin sayı son vaxtlar daha da artıb. Ümumiyyətlə, zərif cinsin nümayəndələri həyat yoldaşları, ataları, bəzən də qardaşları tərəfindən müxtəlif arqumentlərlə qətlə yetirilirlər. Bu kimi halların artması cinslər arasında qarşıdurmanın bir qədər dərinləşdiyini göstərir.

Bəs görəsən, buna səbəb nədir? Kişilər qadınlara niyə güvənmirlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərbaycan Uşaqlar” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, qız uşağını bəzi ailələr hələ ana bətnindən sevmirlər:

“Qızdan imtina ana bətnindən başlayır. Qız uşağı bəzi ailələr üçün seçimə çevrilib. Doğulacaq körpənin qız olduğunu bilən zaman aborta üz tuturlar. Ailələrdə oğlanlara daha çox diqqət edirlər. Qızlar çox zaman kənarda qalırlar. Qızlara uşaq vaxtından səsini qısmağı öyrədirlər. Ailələr də belə formalaşmağa başlayır. Bunu bütün ailələrə şamil etmək olmaz”.

K.Ağazadə qeyd edib ki, erkən nikahların qarşısını almaq lazımdır:

“Qətllərin kökündə erkən nikah dayanır. Bunun qarşısını almaq üçün düzgün maarifləndirmə işi aparılmalıdır. Bunun kökünü birdəfəlik kəsə bilmərik. Qətllərdən çox, erkən nikahların qarşısını almaq lazımdır ki, nəticəsi uğursuzluqla bitməsin. Erkən nikah qısqanclıq zəminində qətllərə səbəb olub.

Nə qədər düzgün maarifləndirmə aparılsa, nəticəsini görəcəyik. Maariflənməyə ciddi nəzarət lazımdır. Cəmiyyətdə üzdə olan insanlar düzgün danışmalıdırlar. Öz ailəsində problem olub, danışanlar düzgün mesaj ötürməyəcəklər. Biz bununla problemlərə yol açmış oluruq. Maarifləndirməyə daha çox önəm verməliyik”.

Sosioloq Əhməd Qəşəmoğlu isə əlavə edib ki, kişilər qədim adət-ənənələri qorumağa çalışırlar, qadınlar isə yeni informasiyaların təsiri altında özlərini daha sərbəst aparmaq istəyirlər:

“Kişi-qadın qarşıdurmasının konkret səbəbləri var. Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, həssaslaşır. İndi həm kişilər, həm də qadınlar arasında vəziyyət gərginləşib. Bunun qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır”.

Ə.Qəşəmoğlu kişilər arasında maarifləndirmə işinin aparılmadığını deyib:

“Bizdə maarifləndirmə işi eybəcər şəkildə aparılır. Qadınlara demokratiya, azadlıqdan danışırlar. Kişilərlə isə maarifləndirmə işi ümumiyyətlə aparılmır. Kişilər qədim adət-ənənələrin qorunmasına çalışırlar, qadınlar isə yeni təbliğatın və aldıqları informasiyanın təsiri altında özlərini daha sərbəst aparmaq istəyirlər. Kişilər buna hazır deyillər. Qadınlar bunu necə gəldi, mahiyyətini başa düşmədən edirlər. Bu zaman qarşıdurma yaranır, ziddiyyət yaranır. Qadınlar səhərdən axşama qədər kişiləri təhqir edirlər. Bu zaman kişi yığır, daha sonra patlayır. Kişinin də gücü yumruğu və ya bıçağındadır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar