Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib - Fotolar

Abşeron rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd edilib...

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon prokuroru Qabil Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, o cümlədən rayon prokurorluğunun əməkdaşları iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev peşə bayramları münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. Bildirilib ki, 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluq işçilərinə və bu səhənin inkişafına hər zaman böyük diqqət göstərir.

Abşeron rayon prokuroru Qabil Qasımov və rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev çıxış edərək respublikamızın prokurorluq əməkdaşlarının çox çətin və şərəfli işindən danışıblar. Respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində görülən işlər barəsində ətraflı məlumat verilib.

Sonda bir qrup prokurorluq orqanı işçisinə Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.

Fotolar

pia.az 


Etiket: Abşeron


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar