Abşeronda 40 yaşlı kişi bıçaqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, Quşçuluq massivi ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Murad Şahverdiyev Cavid adlı şəxslə mübahisə edib. Nəticədə Cavid M.Şahverdiyevi qarın nahiyəsindən bıçaqlayıb. Yaralı Bakıdakı xəstəxanaların birinə yerləşdiirlib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
pia.az