Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya prezidentləri arasında şəxsi konflikt - Qarşıda böyük qarşıdurma var...

Bayden Putinə qarşı bütün diplomatik etiketləri bir kənara ataraq Rusiya prezidentinə qarşı kiçik Afrika ölkəsinin prezidenti kimi davrandı - Bundan sonra nələr olacaq?..

ABŞ-Rusiya münasibətləri tamamilə kəsilə bilərmi və bu postsovet məkana necə təsir edə bilər?..

Politoloq: “Rusiya prezidentini bu səviyyədə alçaltmaqla ABŞ Rusiyanın yerini müəyyənləşdirdi”.

“Bu məsələ ABŞ-Rusiya münasibətlərinə ciddi xələl gətirəcək. Susmaqla nə Rusiya xalqı, nə də Rusiya prezidenti bunu gözardı edə bilməyəcək”.

Bu sözləri politoloq Natiq Miri ABŞ prezidenti Co Baydenin Putini “qatil” adlandırmasının səbəblərini və nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən ABC televiziyasına müsahibə verən ABŞ Prezidenti Co Bayden Putini “qatil” hesab etdiyini təsdiqləyib. Bundan sonra isə Rusiya Vaşinqtondakı səfirini məsləhətləşmək üçün Moskvaya çağırıb.

Qeyd edək ki, Baydenin jurnalistin “Putini qatil hesab edirsinizmi?” sualına “bəli” cavab verməsi bütün dünyada əks-səda doğurub. Bəziləri Baydenin bu təxribat xarakterli suala təsdiqləyici cavab verməsini ABŞ prezidentinin qocalığına yozsalar da, bu əslində belə deyil. Çünki müsahibədən əvvəl ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci il seçkilərinə Trampın xeyrinə Rusiyanın müdaxiləsi haqqında məlumat yaymışdı və bundan sonra da Vaşinqton Moskvaya qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Baydenin Putini diplomatik etiketlərə tam zidd olaraq açıq şəkildə təhqir etməsi əslində hesablamış addım kimi görünməkdədir. Əslində Baydenin bu şəkildə Rusiya prezidentini alçaltmaq kimi bir zərurəti də yox idi. O “dialoq üşün qapıları açıq da saxlaya” bilərdi. Dünənki qalmaqallı ifadədən sonra isə artıq dialoq üçün qapılar demək olar ki, bağlandı.

Artıq iki lider arasında konflikt açıq məcraya yönəlib və ən pisi odur ki, bu konflikt şəxsi xarakter daşıyır. Geriyə isə yol yoxdur və Bayden sözlərini geri də götürə bilməz. Bu isə artıq ABŞ-Rusiya münasibətlərində yeni reallığın başladığını göstərir. Tərəflər arasında heç bir kompramiss variant belə görünmür. Və böyük ehtimalla dünən ABŞ-Rusiya münasibətləri sərt ritorika reallığına girdi.

Bu gün isə Putin Baydenə cavab verib: “Mən Baydenlə həqiqətən onun dediyi kimi tanışam. Mən ona sağlamlıq arzulayıram”, deyə Rusiya prezidenti bildirib. Putin bu cavabı ilə Baydenin yaşlılığına və nə dediyini anlamadığına işarə edib. Putin ABŞ isteblişmentində çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiya Federasiyasının onlara etibar edəcəyini söyləyib. O qeyd edib ki, ABŞ rəhbərliyi Rusiya ilə münasibətlərdə yalnız Vaşinqtonun şərtlərini əsas götürür, Rusiya isə yalnız özü üçün əlverişli şərtlər əsasında işləyəcək.

Bu bəyanatdan da görünür ki, Rusiya prezidenti Baydenin onu “qatil” olaraq tanımasından çox incik düşüb və artıq Baydenlə əməkdaşlıq üçün hər hansı bir açıq qapı görmədiyinə işarə edərək, əlaqələrin ikinci, üçüncü dərəcəli simalar arasında olacağına işarə edib.

Baydenin Putinə qarşı bütün diplomatik etiketləri bir kənara atmasını və Rusiya prezidentinə qarşı kiçik Afrika ölkəsinin prezidenti kimi davranmasını nəylə əlaqələndirmək olar və bundan sonra Rusiya-ABŞ münasibətləri necə olacaq? Münasibətlər tamamilə kəsilə bilərmi və bu postsovet məkana necə təsir edə bilər?

ABŞ-Rusiya münasibətlərini PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Ukrayna cəbhəsində, Donbasda hərbi əməliyyatların başlanması və bu prosesdə dolayısı ilə ABŞ-ın da kölgəsini görünməsi onu göstərir ki, ABŞ Rusiyanı bir çox ərazilərdən sıxışdırıb çıxarmaq istəyir”.

ABŞ prezidentinin Rusiyaya yerini göstərdiyini deyən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın bütün sahələr üzrə ABŞ-la ayaqlaşacaq dövlət olmadığını Ağ Evin sahibi dolayısı ilə bütün dünyaya nümayiş etdirmək istəyir. Bunu görə də bu addım tək Rusiya prezidentini deyil, ümumilikdə Rusiya xalqı üçün alçaldıcı addımdır:

“Baydenin Putini bütün dünyanın qarşısında “qatil” kimi gördüyünü söyləyərək aşağılamasının əsas səbəblərindən biri Rusiyanın ABŞ-ın seçki sisteminə ard-arda kobud şəkildə müdaxiləsidir. Bildiyimiz kimi 2016-cı il prezident seçkilərində ABŞ prezidenti Donald Tramp seçiləndə də bu məsələ ciddi şəkildə gündəmə gəldi və illərlə müzakirə obyektinə çevrildi. Hətta Trampı müəyyən mənada Rusiyanın adamı kimi də dəyərləndirdilər və bu “damğa” prezidentliyinin son günlərinə qədər Trampın üzərində qaldı.

Əlbəttə ortada konkret faktlar var idi ki, Rusiya ABŞ-ın seçki sisteminə ciddi müdaxilələr edib. Buna görə də Trampın əlaltılarını cinayət işi də açıldı. ABŞ-da keçirilən son prezident seçkilərinə də Rusiyaİranın prosesə konkret müdaxiləsi ilə bağlı informasiyalar dövriyyəyə buraxıldı. Düşünürəm ki, Bayden Putini “qatil” adlandırmasının əsas səbəblərindən biri budur.

Bayden Tramp dönəmində nüfuzunu itirmiş ABŞ-ın yenidən dünyada hegemon siyasətini qaytarmaq istəyir. Həm də Baydenin belə bir açıqlama verməsi zaman-zaman Rusiya Xüsusi Xidmət orqanlarının xaricə qaçan əməkdaşlarının tədricən Avropa ölkələrində bilavasitə öldürülməsi ilə bağlıdır. Rusiyanın baş nazirinin müavini Boris Qrizorski İngiltərdə öldürüldü. Eyni zamanda KQB-nin əməkdaşı və onun qızının məhz İngiltərədə zəhərlənməsi hadisəsi ortalığa çıxdı. Bilindi ki, bunun arxasında bilvasitə Rusiya Xüsusi Xidmət orqanları durur və sifariş Kremldən, prezident Putindən gəlib. Ən nəhayət Rusiya müxalifətinin başında duran Navalnının Rusiyada zəhərlənməsi və ölümcül hala gətirilməsi hadisəsi də heç kəsin yadından çıxmayıb. Bundan əvvə isə Rusiyanın məşhur müxalifət liderlərindən biri Boris Nemtsov Kreml divarları önündə qətlə yetirilmişdi. Baydenin açıqlamasının əsas leytmativi də düşünmürəm ki, məhz bu mənbələrdən bəhrələnib. Buna görə də Rusiya prezidentini Bayden qatil adlandırıb.

Natiq Miri: “Bayden dönəmində ABŞ-Rusiya münasibətlərinin gərgin olacağını görəcəyik”.

Rusiya prezidentini bu səviyyədə alçaltmaqla ABŞ Rusiyanın yerini müəyyənləşdirdi. Belə bənzətmə əlbəttə ki, Rusiya xalqı üçün də alçaldıcıdır. Düşünürəm ki, ABŞ prezidenti Rusiyaya yerini göstərdi. ABŞ dolayısı ilə bütün dünyaya nümayiş etdirmək istəyir ki, Rusiya bütün sahələr üzrə ABŞ-la ayaqlaşacaq dövlət deyil. Bunu görə də bu addım tək Rusiya prezidentini deyil, ümumilikdə Rusiya xalqı üçün alçaldıcı addımdır.

Bu məsələ ABŞ-Rusiya münasibətlərinə ciddi xələl gətirəcək. Bunu susmaqla nə Rusiya xalqı, nə də Rusiya prezidenti gözardı edə bilməyəcəklər. Əgər Baydenin bu sözünə Putin sakit qalarsa, bu Rusiya ictimaiyyətində mənfi qəbul edilə bilər. Buna görə də mütləq mənada Rusiya dövlətinin buna demarşı olacaq.

Həmçinin bildiyimiz kimi ABŞ-ın bir çox regionda Rusiya ilə bağlı geosiyasi məsələlərdə uzlaşa bilmir və konkret olaraq iki ölkə arasında geosiyasi toqquşma baş verir. Biz bunu Yaxın Şərqdə, xüsusilə Suriyada müşahidə edirik. Ən nəhayət Ukrayna cəbhəsində, Donbasda hərbi əməliyyatların başlanması və bu prosesdə dolayısı ilə ABŞ-ın da kölgəsini görünməsi onu göstərir ki, ABŞ Rusiyanı bir çox ərazilərdən sıxışdırıb çıxarmaq istəyir.

Natiq Miri: “Bayden birbaşa olaraq Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyəcək. Amma Ukraynada böyük müharibənin şahidi ola bilərik”.

Eyni zamanda ABŞ Liviya və Aralıq dənizindəki proseslərə və ABŞ-ın təsir dairəsində olan bir çox ölkələrə Rusiyanın silah satması da ABŞ-ı narahat edir. Düşünürəm ki, bu yöndə bir çox addımlar və məhdudiyyətlər Rusiya üçün yaradılacaq. Artıq bunun işartılarını da görürük. Yəni iqtisadi sanksiyalardan tutmuş, bütün sahələr, eyni zamanda hərbi sahələr üzrə Rusiyaya sanksiyaların tətbiq ediləcəyini müşahidə edəcəyik.

Bayden dönəmində ABŞ-Rusiya münasibətlərinin gərgin olacağını görəcəyik. ABŞ-Rusiya hərbi qarşıdurmasını isə sahələrdə müşahidə etməyəcəyik. Bayden birbaşa olaraq Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyəcək. Amma Ukraynada böyük müharibənin şahidi ola bilərik. Eyni zamanda başqa bölglərdə də Rusiyanı münaqişələrə cəlb eədrək Moskvanı tamamilə tükətməyə çalışacaqlar. Nunun üçün ABŞ və müttəffiqlərinin əllərindən gələni edəcəklərini düşünürəm. Hətta bu proses yeni soyuq müharibələrin gizli şəkildə davam etməsinə də rəvac verilə bilər. Çünki yeni müharibə Rusiya iqtisadiyyatını tamamilə çökdürə bilər.

Bildiyimiz kimi Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalarla birlikdə pandemiya da ciddi zərbələr vurur. Buna görə də növbəti silahlanma Rusiya dövlətinin çöküşünü qədər inkişaf edə bilər. Ən azından ortada dağılmış SSRİ təcrübəsi var”.

Nərminə UMUDLU
pia.az


Etiket: Bayden-Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar