Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və AB arasındakı yeni müzakirələrdə Türkiyənin yeri...

Baydenin AB zirvəsində verdiyi mesaja və Blinken-Borrell razılaşmasına baxıb deyə bilərik ki, Türkiyə məsələsində ABŞ-la AB arasında yeni əməkdaşlıq və məsləhətləşmə mexanizmləri işə düşəcək...

Sedat Ergin
“Hürriyet” qəzeti, Türkiyə, 30 mart 2021-ci il

Keçən həftə Brüsseldə yeni ABŞ administrasiyası ilə AB və NATO arasındakı sıx təmasları izləməyə çalışarkən maraqlı bir vəziyyət diqqətimi çəkdi. Bayden adminstrasiyası işə başladıqdan sonra transatlantik əlaqələrin yenidən qurulmaqdadır və bu yeni bir dövrə daxil olarkən hər bir vacib məsələnin gündəmində Türkiyə durur.

Türkiyə bəzən Rusiyadan S-400 hava müdafiə sistemləri aldığına görə müzakirə edildi. Bəzən də Şərqi Aralıq dənizindəki gərginliyin azaldılması məsələsinə görə gündəmə gəldi. Ancaq Türkiyənin ən çox adının çəkildiyi məsələlər insan hüquqları və qanunun aliliyi ilə bağlı problemlər oldu.

Bunu nümunələrlə izah etməyə çalışaq. Keçən həftənin önəmli hadisəsi prezident Co Baydenin 25 mart tarixində videokonfransla AB zirvəsinə Vaşinqtondan qoşularaq Avropa liderləri ilə görüşməsi və onlara müraciət etməsi oldu. Keçmiş prezident Donald Trampın Avropaya meydan oxuyan münasibətlərindən sonra zirvəyə qatılan və onlara əməkdaşlıq və həmrəylik mesajı verən bir ABŞ prezidenti, şübhəsiz ki, Avropa üçün olduqca canlandırıcı və tamamilə yeni bir reallıqdır.

Baydendən AB-yə Türkiyə mesajı

Ağ Evin açıqlamasına görə, Bayden öz çıxışında ABŞ və AB arasındakı münasibətləri yenidən canlandırmaq öhdəliyini təkrarlayıb. Bayden güclü bir AB-nin Birləşmiş Ştatlarında maraqlarına cavab verdiyini ifadə edərək, ümumi demokratik dəyərləri vurğulayıb. Ağ Evin sahibi AB ilə sıx işbirliyinə çağırış edərkən, eyni zamanda, Covid-19-la mübarizə, iqlim dəyişikliyi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və “qaydaları avtokratiyalarla deyil, demokratiya ilə müəyyənləşdirmək” hədəfini qeyd edib.

ABŞ prezidenti daha sonra xarici siyasətdə ümumi maraqlar baxımından AB ilə sıx əməkdaşlıq etmək istədiyini bildirib. Bu çərçivədə ən başa Çin Xalq Respublikası və Rusiyanı zirvəyə qoyub. Bayden daha sonra Türkiyə, Cənubi Qafqaz, Şərqi Avropa və Qərbi Qərbi Balkanlar üzərindən ABŞ və AB-nin davamlı olaraq işləməsinə ehtiyac olduğunu vurğulayıb.

Baydenin xarici siyasət hədəfləri sıralamasında Çin və Rusiyadan sonra üçüncü sırada Türkiyə gəlib.

ABŞ və AB arasında Türkiyə məsələsi ilə bağlı Brüssel razılaşması

Yenə keçən həftə Brüsseldə baş tutan digər bir vacib görüş isə, NATO xarici işlər nazirləri iclasında iştirak etmək üçün gələn yeni ABŞ xarici işlər naziri Entoni Blinken ilə AB-nin xarici işlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi ispan Cozep Borrel arasında olub. Bu görüşdən sonra ABŞ və AB arasında yeni dövrdə beynəlxalq əməkdaşlığın əsas prinsiplərini əks etdirən ətraflı ortaq bir bəyanat yayımlanıb.

Bu bəyanatdan xarici siyasət, təhlükəsizlik və iqtisadiyyat, eləcə də Covid-19 və iqlim dəyişikliyi kimi qlobal problemlərə cavab olaraq ABŞ və AB arasında sıx əlaqələndirmənin davam etdirilməsinə dair güclü bir razılaşma meydana gəlib. Demokratik dəyərlər və əsas azadlıqların qorunması da bu qlobal çağırışlara daxil edilib.

ABŞ-AB birgə bəyanatında əməkdaşlıq sahələri bir-bir sıralanır. Bu başlıqlar Çin Xalq Respublikası, iqlim dəyişikliyi, Covid-19, İran, Rusiya, Qafqaz, Balkanlar, Şərqi Aralıq dənizi və Türkiyə olmaqla sıralanır.

Burada Türkiyə barədə deyilir:

“Blinken və Borrel ABŞ və AB-nin Şərqi Aralıq dənizində sabit və etibarlı bir mühitin qorunub saxlanılmasında strateji maraqlara sahib olduqlarını və gərginliyin azaldılması vəziyyətini qorumaq üçün birlikdə çalışacaqlarını qəbul edir. ABŞ və AB Türkiyə ilə qanunun aliliyi və təməl hüquqlara hörmət əsasında qarşılıqlı inkişafı əsas götürən bir ortaqlığın qurulmasına hazırdır”.

Xülasə, Baydenin AB zirvəsində verdiyi mesaja və Blinken-Borrell razılaşmasına baxıb deyə bilərik ki, Türkiyə məsələsində ABŞ-la AB arasında yeni əməkdaşlıq və məsləhətləşmə mexanizmləri işə düşəcək.

Türkiyə ilə münasibətlərdə Aralıq dənizinin şərq hissəsindəki gərginlik, həmçinin qanunun aliliyi və təməl hüquqlar məsələsi ön plana keçir. Əslində, qanunlar və hüquqlar problemi münasibətlərin mərkəzinə yerləşdirilir. Bununla birlikdə, Türkiyə ilə münasibətlər məsələsinin Rusiyadan Qafqaza, oradan da Liviyaya qədər bir çox böhran bölgəsini əhatə etməsi qaçınılmazdır.

AB dəyişikliyinin arxasındakı faktorlar

Əslində, AB keçən dekabr ayındakı zirvə toplantısında Türkiyə ilə bağlı məsələləri və Aralıq dənizinin şərq hissəsindəki vəziyyəti artıq ABŞ-la məsləhətləşəcəyini açıqlayaraq, daha əvvəldən bu əməkdaşlığa qapıları açmışdı.

Burada vurğulanmalı bir vəziyyət var. AB-nin keçən oktyabr və dekabr zirvələrinin qərarlarında Türkiyə ilə bağlı insan haqları və qanuni məsələlərə toxunulmamış, əsasən, Aralıq dənizinin şərq hissəsi ilə bağlı mövzular ön plana çıxarılmışdı. Halbuki keçən həftə baş tutan zirvədə bu yanaşmadan imtina edilib və ŞAralıq dənizinin şərq hissəsi önəmli yer tutub. Lakin bu dəfə Blinken-Borrel razılaşmasında olduğu kimi qanunun aliliyi və əsas hüquqlar vurğulanıb. Həmçinin, qadın hüquqları və siyasi partiyaların hədəf alınması kimi məsələlərin də yer verildiyi bu açıqlamada bu cür dialoqun AB-Türkiyə münasibətlərinin ayrılmaz bir parçası olduğunu bildirib.

AB-nin münasibətindəki bu dəyişikliyin arxasında bir sıra amillərin rol oynadığını düşünə bilərik. Son həftələrdə Türkiyədə baş verən hadisələrin Avropada yaratdığı təsirlər da bu amillərdən biridir. Eyni zamanda, Avropa Parlamenti kimi qurumların Türkiyədəki proseslərlə bağlı olaraq AB-nin qərar qəbul etmə orqanlarına “susursunuz” deməsini də nəzərə almalıyıq.

Qarşıdakı dövrdə ABŞ və AB arasındakı koordinasiyanın daha da sıxlaşmasına hazır olmaq lazımdır. Bunun nəticələri artıq ortaya çıxmağa başlayır. Türkiyə də Qərb dünyasına qarşı olan siyasətində bu meyilləri nəzərə almalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar