Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynaya 20% torpaq müqabilində sülh təklif edib…

Mərkəzi Kəşfiyyat İdarəsinin direktörü Ukraynaya “torpaq müqabilində sülh”, Rusiya Federasiyasına isə “sülh müqabilində torpaq” təklif edib…

Yanvarın ortalarında ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsə KiyevMoskvaya səfər etməyi və onların danışıqlara hazırlığını qiymətləndirməyi tapşırıb.

PİA.az xəbər verir ki, bu barədə İsveçrənin Neue Zürcher Zeitung nəşri alman siyasətçilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Börns Kiyevə və Moskvaya bir plan təklif edib: sülh müqabilində ərazilər… Bu plana görə, Rusiya Ukrayna ərazilərinin təxminən 20%-ni almalı və müharibəyə son qoymalı idi.

Hərracın predmeti təxminən Donetsk və Luqansk vilayətləri ilə üst-üstə düşən Ukrayna ərazisinin 20%-i olub. Bildirilir ki, hər iki ölkə ABŞ-ın bu təklifindən imtina edib.

Ukrayna ərazilərdən imtina etmək istəmədiyi üçün Börnsə “yox” deyib, Rusiya isə uzunmüddətli perspektivdə müharibədə qalib gəlmək və daha da çox əraziləri işğal edə biləcəklərinə inandığı üçün Vaşinqtonun təkilfini geri çevirib.

Nəşrin mənbələrinə görə, Ağ Evdə hələ də Ukraynada müharibənin bitməsi ilə bağlı mübahisələr gedir.

NZZ mənbələri qeyd edib ki, məhz Börnsün uğursuz səfərindən sonra tankların Ukraynaya verilməsinə qərar verilib. ABŞ prezidenti Bayden Şoltsun təkidinə boyun əyərək “Abrams” tanklarının verilməsinə razılıq verib. Bu, Almaniya kansleri üçün sürpriz olub, ona görə də onun “Leopard 2” tankları ilə bağlı qərarı qaçınılmaz olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar