Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ tərəfindən törədilən soyqırımların tarixi

Amerikada apaçidən zuhillərə qədər əhalisi 100 milyona yaxın olan 286 yerli qəbilə vardı. İngiltərədən gələn ağlar isə onların sayını 1900-cü ildə 3000-ə endirdi və bütün sərvətlərini ələ keçirdilər...

Türkkaya Ataöv
“Cumhuriyet” qəzeti, Türkiyə, 7 may 2021-ci il

ABŞ-ın keçmişi bir mənada soyqırım tarixidir. Keçmişdəki və indiki ABŞ rəhbərləri, əsasən mühacirlərin övladlarıdır. 286 yerli qəbilə on min illər boyu orada yaşadı və hər biri fərqli bir dildə danışırdı. Amerikada apaçidən zuhillərə qədər əhalisi 100 milyona yaxın olan 286 yerli qəbilə vardı. İngiltərədən gələn ağlar isə onların sayını 1900-cü ildə 3000-ə endirdi və bütün sərvətlərini ələ keçirdilər. Çeyen, Haida, Hopi, Kutenayi, Lakota, Novaho, Omaha, Sia, Siouks, Ute və s. adlı yerli qəbilələr Amerikanın ağır topçu və kovboylarının silahları ilə məhv edildilər. Astek, inka və maya əyalətlərindən əsər-əlamət qalmayıb. Ceronimo, Kohis, Qotebo, Oturan Buğa Böyük Ayaq, Manuelito və Qırmızı Bulud kimi qəbilə liderləri bu silahlara qarşı müqavimət göstərə bilmədilər.

ABŞ-ın qurulma sənədlərini yazanlar əzbərçi kimi “insanlar azad doğulurlar” dedikləri vaxt elə çoxlu kölələrə sahib idilər. Vətəndaş əvəzinə, “fərdin azadlığı” dedilər, amma J.P. Morqan, Rokfeller və “Wall Street”in istehsalçıları inhisarçı olaraq istismarçıya çevrildolər. Adi vətəndaş isə tarlada və ya fabrikdə işçiyə çevrildi və varlı azlığın məhsulunu istehlak edən şəxs oldu. Dollar milyarderləri H. Radisin kitabında qeyd etdiyi kimi, beynəlxalq şirkətlərə çevrildilər və beləliklə, çağdaş kapitalizmə yol açəldı. H. Donq bunu mərkəzində ABŞ olan “repressiv qloballaşma” adlandırır. Başqa bir ad da J.B. Fosterin sözləri ilə desək, “çılpaq imperializm”dir. Bunun yolu da A.J. Baceviçin kitabında tənqid etdiyi davamlı müharibədir.

T.P.M. Barnet Pentaqonun dünya üçün yeni bir xəritə hazırladığınüı düşünür. T. Engelhart da ABŞ-a yeni bir ad verib - Qorxu Birləşmiş Ştatları. Bu gün dünyada ümumi hərbi xərclərin 47%-i ABŞ-dan çıxır. J. Dayerin kitabında ABŞ-ın rəqiblərinə qarşı necə rəhmsiz olduğu da qeyd olunub. J. Karolun 656 səhifəlik “Döyüş Mərkəzi” əsərində az bilinən faktlara yer verilib. Pentaqondakı bir neçə general (Le Mey kimi) gizli bir təşkilat qurmağı və Sovet Bloku ölkələrinə nüvə silahı ilə hücum etməyi planlaşdırırdılar. Ağ Ev və müdafiə naziri belə bundan xəbərsiz idi. Əgər belə bir şey baş versəydi, dünyanın sonu və kütləvi soyqırım təhlükəsi gözlənilərdi.

Maraqlı nümunə

L. Rajivanın dediyi kimi, ABŞ-ın hər bir mövzu (soyqırım da daxil olmaqla) ilə bağlı izahatı da buna görə dəyişir. ABŞ dünyanın ən böyük soyqırımını etdi. 100 milyon yerli insan sayı cəmi bir neçə minə qədər azaldı. Sağ qalanlar isə səmərəsiz kiçik yaşayış məntəqələrində qaldılar. Soyqırımın bariz nümunəsi 29 dekabr 1890-cı ildə forma geyinən Amerika zabitləri və əsgərlərinin səssiz Sioux qəbiləsini top atəşi ilə məhv etməsidir. D. Braunun “Ürəyimi orada basdırın” adlı bir kitabı da var. Yerli əhali ağ mühacirlər gələndən bəri öz torpaqlarına göz yaşı tökür.

Bu toplarla ABŞ ordusu 29 dekabr 1890-cı ildə yerli Sioux qəbiləsini tamamilə məhv edib. Bu açıq şəkildə dövlət tərəfindən dəstəklənən bir soyqırımdır. Lakin bu, qanlı ABŞ tarixindəki yeganə nümunə deyil.

Ağ mühacirlərin ikinci hücumu da qaradərililərə qarşı olub. Afrikalıları gəmilərinə yükləmiş, ölənləri köpək balıqlarına atmış, sağ qalanları tarlalarında ölənə qədər işlətmiş, həyat yoldaşlarını və uşaqlarını satmış, adi cinayətləri onların üstünə ataraq asmış və ya yandırmışdı. Bu məhv etmə prosesi bu gün də davam edir. Irqçi Ku Klux Klanı (KKK) təşkilatını belə bağlamayıb, ancaq sülhsevər üsullar barədə usta olan Qandi, Martin Lüter Kinq və onlara bənzər bir çox qaradərili sözçüləri öldürmüşdü.

Qanlı qeydiyyat

 

ABŞ daxil olduğu bir çox yerə qırğın, ölüm və cahillik gətirdi. Hər birinin sözünü bir mətnə yazmaq belə mümkün deyil. Monro kimi prezidentlərin adlarıyla hazırladığı doktrina vasitəsilə Latın Amerikasına başqa bir dövləti buraxmayıb, oranı diktatorlarla doldurub (Armas, Batista, Norieəa, ata-oğul Somoza, ata-oğul) Trujillo, Zahidi və s) və özü də 1898-ci ildə 10 min adası olan Filipinlərdə yerli vətənpərvərlərə zülm verib. Pörl Harbor 1941-ci ildə yaponların hücumuna məruz qalsa da, ora dəniz-hava bazası idi.

Polkovnik Dulidlın Tokionu bombalaması və 1945-ci ildə Hiroşima və Naqasakini atom bombası ilə vurması mülki hədəflərə yönəlmişdi. ABŞ müdafiə naziri Meknamaranın açıqlaması ilə Vyetnamda 3,5 milyon yerli insanı öldürdü. 2003-cü ildə haqsız şəkildə İraqa hücum edərkən neft quyularını ələ keçirərək Bağdad muzeyini qarət etdi. Oğurlanmış 5.000 möhürün hər biri Nyu-York bazarında 424.000 dollara satıldı. Bir şir başının qiyməti isə yüz dəfə çox idi.

ABŞ Koreya, Cənub-Şərqi Asiya, Əfqanıstan, Çin, Şimali Afrika, Latın Amerikası və Yuqoslaviya kimi uzaq ölkələrdə mülki insanlara qarşı müharibə cinayətləri törətmiş, insan hüquqlarını pozmuş, təbii mühiti məhv etmiş və sülhə, bəşəriyyətə qarşı cinayətlərini davam etdirmişdi. Bunun üçün dostum keçmiş ədliyyə katibi R. Klarkın Amerika müharibə cinayətləri ilə bağlı kitabına baxın. ABŞ gizli polisi 1953-cü ildə İranda vətənpərvər baş nazir M.Müsəddiqi devirdi. Bu hadisə Yaxın Şərqə doğru atılan ilk addım idi

ABŞ-ın Kubadakı adamı olan Batista 1959-cu ilin əvvəllərində ölkədən qaçmaq məcburiyyətində qalmışdı. 1961-ci ildə Donuzlar Körfəzinə çıxmaq isə ABŞ üçün gülünc bir fiasko idi. 1968-ci ildə Vyetnamda May Ley kəndlilərini məhv edən leytenant W. Kolli üç gün həbsxanada qaldı. Çilidə azad seçkilərlə hakimiyyətə gələn S. Allendeni 1973-cü ildə faşist general Pinoçetin qanlı çevrilişi ilə öldürmüş, 1976-cı ildə Argentinada hərbi çevrilişi qızışdırmış, Boliviyada və Peruda xalqa dəstək olan sistemləri 1971, 1976 və 1979-cu ildə devirmişdi. 1979-cu ildə solçu Sandinistaya qarşı da Nikaraqua limanlarına mina düzmüş, 1986-cı ildə Liviyanı bombalamışdı. El Salvadorda 1979-cu ildə etdiyi çevrilişfən sonra sivillərə qarşı kütləvi ölüm yolu açıldı. 1983-də Qrenadada solçu sistemi devirdi və yerliləri qırmağa başladı.

Hazırkı hədəfləri

Qara dəniz Cənubi Afrikada ağ dərili irqçiliyi dəstəklədi. İllərdir bu cür qeyri-insani bir yanaşmaya qarşı apardığım səmərəli mübarizə üçün Bofutatsuana Universitetindən bir mükafatım da var. Filippinlərdə F. Markos və xanımı 3.000 cüt ayaqqabı ilə hakimiyyətdən qovulduqları 1986-cı ilə qədər ABŞ-ın dəstəyi ilə xalqın bütün qanını əmdi. 1989-cu ildə amerikalı əsgərlər Panamaya girdi və mülki əhaliyə qarşı geniş qırğın törətdikdən sonra prezident M. Norieganı qaçırdılar. İndi Mərkəzi Asiyada öz bazaları və əsgərləri var. Həm də Qara dənizi Amerika gölünə çevirmək istəyirlər. Ancaq ABŞ-ın genişlənməsinin sona çatdığını iddia edən Amerika nəşrləri də az deyil. ABŞ-ın isə gülünc bir müdafiəsi var: “Bizimki humanist bir imperializmdir”. Jan Brikmontun bu başlıqlı bir kitabı da var.

ABŞ, həmçinin indi müharibə satır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ soyqırım

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar