Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində dönüm nöqtəsi: CIA direktoru Ciddəyə niyə getmişdi?

Amerikan mediası CIA direktoru Burnsun ötən həftə Səudiyyəyə gizli səfər edərək vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşdüyünü iddia edir.

Baydenin gələn ay Yaxın Şərqə gözlənilən səfərindən öncə kəşfiyyat direktorunun son dövrlərdə xeyli kəskinləşən Səudiyyə-ABŞ münasibətlərinə aydınlıq gətirmək məqsədində olduğunu hesab etmək olar. Mətbuatda iki ölkənin rəsmilərinin bundan əvvəlki görüşündə bin Salmanın ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanın üstünə qışqırdığı yazılırdı. WSJ-nin iddiasına görə son görüş daha uyğun atmosferdə keçib.

Haşiyədən bir kənara çıxsaq, CIA direktorunun xarici məsələlərdə bu qədər aktiv rol oynaması xüsusi diqqət çəkir. İxtisasca diplomat olan Burnsun Bayden tərəfindən “kölgə dövlət katibi” kimi istifadə olunması ilə bağlı müzakirələr də var. CIA direktoru Burns Talibanla görüşmək üçün Kabilə və Ukrayna müharibə öncəsi isə Moskvaya səfər etməsi ilə də diqqət çəkmişdi. Bu aktivlik rəsmi dövlət katibi Blinken və Burns arasında rəqabət olub olmadığı ilə bağlı suallar doğurur. Qısası, Baydenin xarici siyasət kursunun tətbiqini iki fiqur üzərində qurduğunu demək olar. Şəxsi fikrimi deyim ki, Blinken məndə zəif diplomat təsiri bağışlayır.

Eyni zamanda onu demək lazımdır ki, Birləşmiş Ştatların Səudiyyə ilə münasibətlərində ən çox önə çıxan qurum CIA olub. Ona görə də iki ölkə münasibətlərinin tarixin ən aşağı həddində olduğu bir vaxtda CIA direktorunun Səudiyyə səfəri çox önəmli dönüm nöqtəsi ola bilər… Bəlkə də bundan sonrakı həmlələri təkcə diplomatik müstəvidə yox, praktiki çərçivədə də görə biləcəyik.

ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar