Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ regionda NATO-nu gücləndirmək üçün Türkiyəyə 40 F-16 qırıcısı verməyə hazırlaşır

ABŞ NATO-nu Egey və Qara dəniz regionunda gücləndirmək üçün Türkiyənin 40 ədəd modernizə edilmiş F-16 qırıcısı almaq barədə sorğusuna müsbət cavab verməyə hazırlaşır. virtualaz.org xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindəki mənbələr bildiriblər. Türkiyə ABŞ-dan 40 yeni F-16 (Block 70 versiyası) və hazırda Türkiyə HHQ-nin silahlanmasında yer alan 80 F-16 qırıcısının Block 70 versiyasına uyğun modernizasiyası üçün komplektlər almaq üçün ötən il Dövlət Departamentinə sorğu verib.

ABŞ Konqresindəki bəzi dairələr Türkiyənin bu sorğusuna müsbət cavab verilməsini əngəlləməyə çalışıblar. Lakin indi mənbələr bildirir ki, ABŞ Qara dəniz regionunda artan təhdidləri nəzərə alaraq NATO üzvü Türkiyənin hərbi gücünün artırılmasını məqsədəuyğun sayır və həmin sorğuya müsbət cavab verməyə hazırlaşır.

Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına cavab olaraq bu ölkəyə beşinci nəsil F-35 qırıcıları satmaqdan imtina edib. Habelə Türkiyə F-35 proqramından kənarlaşdırılıb.

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar