Bazar, 29 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ qədim tarixi nümunələri İraqa qaytaracaq

ABŞ İraqdan qanunsuz olaraq çıxarılan iki qiymətli tarixi nümunəni bu ölkəyə qaytaracaq.

“Report” İNA-ya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl Səhhəf bildirib.

O deyib ki, İraq Respublikasının Los-Anceles Baş Konsulluğuna ABŞ Federal Kəşfiyyat Bürosu (FBİ) ilə əlaqəli şəkildə yaşı 4 min ildən çox iki artefakt çatdırılacaq. Onlardan biri Ur şəhərindən olan mixi yazılı lövhə, digəri də qədim Babil şəhərindən olan çox nadir mixi yazılı elanın bir hissəsidir: "Bu nailiyyət İraq antik əşyalarının qanunsuz alverinin qarşısını almaq və İraq hökuməti vasitəsilə vətənə qaytarılması yönündəki səylər çərçivəsində ABŞ hökuməti tərəfindən müsadirə olunub”.

Sözügedən əşyaların yanvarın 20-də Los-Anceles Baş Konsulluğunda rəsmi mərasimlə İraq tərəfinə təhvil veriləcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, 2014-cü ildə İŞİD terrorçu təşkilatı İraqın üçdə bir hissəsini ələ keçirərək muzeylərdən, tarixi abidələri, bir çox qiymətli əşyaları qarət edərək xaricə çıxarmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Türkiyə S-400-ə alternativ olan HHM sistemini sınaqdan keçirib

“TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

Britaniya deputatının oğlu Ukraynada cəbhə xəttində Rusiyaya qarşı - Foto

Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

Goranboyda eradan əvvəl IX-VIII əsrlərə aid insan skeletləri və əşyalar aşkarlanıb

Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcək

Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalında - Yenilənib, Canlı yayım

Zelenski: “Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu”

Azərbaycan səfiri: “Polşa ilə aviareys iqtisadi əlaqələri genişləndirəcək”

Ən çox oxunanalar