Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İstiqlal prospektindəki terror aktı ilə hansı mesajı vermək istədi?..

Bu cür terror aktları ilə Türkiyəyə hansı mesaj verilir? Mesaj alındısa, cavab necə olacaq?..

Arslan Bulut
“Yeniçağ” qəzeti, 15 noyabr 2022-ci il

Daxili İşlər naziri Süleyman Soylu İstiqlal prospektində baş verən partlayışdan sonra verdiyi açıqlamada “Bizə verilən mesajı aldıq, mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik”, dedi. Soylu, “Aldığımız mesaja çox güclü bir mesaj, çox güclü bir mesaj verəcəyik”, deyə vurğulayıb.

Soylu, fikirlərini davam etdirərək, “Amerika səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik. Kobanidəki terror bölgələrini qidalandıran və öz senatlarının qərarı ilə terrorçulara pul göndərən bir dövlətlə ittifaqımız əlbəttə ki, müzakirə olunmalıdır. Orada PYD-ni kim qidalandırırsa, o da PKK-dır. Kim terrorçulara kəşfiyyat məlumatları verməyə çalışırsa, günahkardır. “Taxta üzərindəki piyadaları” müzakirə etməyin mənası yoxdur. Dünyada “piyadalar” həddindən artıq çoxdur”, deyib.

***
Bəs bu cür terror aktları ilə Türkiyəyə hansı mesaj verilir? Mesaj alındısa, cavab necə olacaq?

Bu məsələ ilə bağlı qiymətləndirmə aparmaq üçün terror aktı ilə bağlı bütün məlumatların olması kifayət etməyə bilər. Yenə də bəzi missallar gətirək...

90-cı illərdə Erdal Sarızeybek: “ABŞ “Çəkic Qüvvələri”nin nəzarəti altında 20 min nəfərlik xüsusi təyinatlı qüvvə yaratdı. Eşref Bitlis komandanlığındakı türk qüvvələri də bu qüvvəyə qarşı 3 oktyabr 1992-ci ildə əməliyyat başlatdı. ABŞ xüsusi təyinatlılıarı bizim zirehli maşınlarımızı vurduğu kimi vurdu. Bu əməliyyatı dayandırmaq üçün bir xəbərdarlıq idi” deyə yazırdı.

Yəni ABŞ bəzən Türkiyəyə öz ordusu ilə açıq şəkildə mesajını verir!

Terror aktları isə həm də siyasi mesajdır...

AKP Adıyaman millət vəkili Adnan Boynukara 2017-ci ildə baş verən terror hadisələri ilə Türkiyəyə veriləcək mesajın “Suriyaİraqdan çıx” olduğunu bildirib...

Boynukara, “Bizim üçün terror təşkilatlarının adlarının nə olmasının əhəmiyyəti yoxdur. İstanbul, Beşiktaş, Kayseri, İzmirdəki aksiyalar kimi aksiyalar təşkil edilir. Bu hərəkətlərin arxasında qlobal kəşfiyyat təşkilatları dayanır. Bizə bir mesal vermək istəyirlər. Hərəkətlərin üslubu, seçilən yerlər və hərəkətlərdə istifadə edilən insanlarla mesaj verirlər. Aydındır ki, Suriyaİraqdan uzaq olun deyirlər. Niyə buradayıq? Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Suriyada mövqe tuturuq. Bölgəmizdə xaosun dərinləşməsinin qarşısını almaq üçün Rusiya ilə danışıqlara gedirik. Amma başqaları bu danışıqların əleyhinədir və xaosun davam etməsini istəyir.v Xaosun hədəfi Amerika deyil, Avropa da deyil. Bu xaos bizə hesablanıb. Onlar bizi ruhdan salmaq üçün terror aktları törədirlər. Onlar təşkilatlardan istifadə edirlər”, deyə o bildirmışdi.

***

Son zamanlar Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqSuriyada nöqtə əməliyyatları aparır. Bu əməliyyatlarda “zərərsizləşdirilən” şəxslər PKK-nın idarə heyətində olanlar olub. Son əməliyyatlarda “PKK/PYD-nin üst idarəedici kadrları” hədəfə alınıb. Bu əməliyyatlarda əsir düşənlər də var.

Bu arada TRT-də yayımlanan “Təşkilat” serialı ilə ABŞ-a Suriyadakı bütün fəaliyyətlərinin izləndiyi mesajı verilir...

ABŞ-ın yetişdirdiyi terrorçuların necə məhv edildiyindən də bəhs edilir.
Ola bilsin ki, İstiqlal küçəsində terrorla MKİ bu mesajlara cavab vermək istəyib... Və deyəsən bu dəfə fərqli bir terrroçudan istifadə olunub...

Digər tərəfdən, ələ keçirilən bəzi terrorçuların İsrail ordusunun mənsubu olması ilə bağlı məlumatlar İsrail mətbuatında da təsdiqləndi, amma, onların Türkiyədə istirahətə gəldikləri bildirilir.

MOSSAD İstiklal küçəsindəki Misir evlərinin birində qurulub. İsrailli turistlər bunu bilir və binanın qarşısında şəkil çəkdirirlər. Təbii ki, onların hücumla əlaqəsi olsaydı, yəqin ki, məlumatlı olar və ərazidən uzaq olardılar...

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Ən çox oxunanalar