Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın yeni planları fonunda G7 və NATO sammitləri... - Bayden Ərdoğan və Putinlə görüşlərində axtardığını tapacaqmı?

Yenicə girdiyimiz bu Asiya çağında ABŞ başda olmaqla, Qərb dünyası arasındakı qarşıdurmalar gündən-günə artmaqdadır...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 14 iyun 2021-ci il

Avropada yüksək səviyyəli zirvə görüşləri və danışıqlarla birgə aktiv günlər keçirilir. Bu gün NATO zirvə görüşü Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında başlayır.

NATO sammiti ərəfəsində Qərb liderləri 11-13 iyun tarixlərində İngiltərənin cənub-qərbindəki Kornuoallda G7 zirvəsində toplanıblar. Bu iki zirvə ABŞ prezidenti Bayden üçün ilk, Almaniya kansleri Angela Merkel üçünsə son G7 zirvəsidir. Merkel üzümüzə gələn sentyabr ayında siyasətlə vidalaşacaq. Bayden bu zirvələrə “Amerika geri döndü” şüarı ilə Avropa liderlərini öz planlarına yönləndirmək üçün qatılır.

Sabah ABŞ və AB arasında xarici siyasət məsələləri müzakirə ediləcək və bir gün sonra da Bayden və Putin Cenevrədə görüşəcək.

G7-də “Bir Kəmər Bir Yol”a qarşı alternativ plan axtarışı

Qərbi Asiya və Afrikadan Latın Amerikasına qədər sadə millətlərə hücum edən, qan tökən, dollar sayəsində əsir alan, etnik və dini terror təşkilatları yaradan və dəstəkləyən bu imperialist ölkələr, indi də “Dünyanı yenidən daha yaxşı inşa et”, şəklində adlandırdıqları bir planı Çinin “Bir Kəmər, Bir Yol” proqramına qarşı alternativ bir təşəbbüs kimi ortaya çıxarmağa qərar veriblər.

İstər ABŞ-ın rəhmsiz imperialistləri, istəsə də avropalı müttəfiqləri bundan sonra məzlum millətləri aldada bilməyəcək, Afrika və Latın Amerikasında istədikləri kimi davrana bilməyəcəklər. O günlər artıq geridə qalıb.

Zirvədə Covid-19 ilə mübarizə məsələsi də müzakirə edilib. Bu qlobal epidemiyada 1 milyondan çox vətəndaşını itirən və səhiyyə sahəsində geridə qalan bu “inkişaf etmiş” ölkələr gələcəkdə mümkün epidemiyalara qarşı güclü bir sağlamlıq sisteminin yaradılmasından da danışıblar.

BREXİT-dən sonra Avropa Birliyi ilə London rəhbərliyi arasında yaranan “Şimali İrlandiya” problemi də G-7 sammitində müzakirə edilib. Mövzuya dair bir protokol imzalanıb. BREXİT sazişinin bir hissəsi olan Şimali İrlandiya protokolu İngiltərənin bir hissəsi olan Şimali İrlandiya ilə AB üzvü olan İrlandiya Respublikası arasındakı ticarəti tənzimləyir. Ancaq tərəflər razılaşa bilməyiblər. Fransa prezidenti Makron araya girib: “İngiltərə razılaşmanın tələblərini yerinə yetirməlidir”, deyib.

Zirvədə Rusiya, İran, Suriya və hətta Afrika da müzakirə edilib. Baydenin xəyalı NATO sammitində Avropa ölkələrinin öz planları çərçivəsində hərəkət etmələrini təmin etməkdir.

Bunlar mətbuatda önə çıxan məsələlərdir. Lakin bu yazı qələmə alınarkən rəsmi nəticə bəyanatı hələ dərc olunmamışdı.

Bayden Rusiya və Çini hədəf göstərir

Qərb mütəxəssisləri NATO sammitinin əsas mövzusunun Rusiya və Çin olmasında həmfikirdirlər. ABŞ NATO vasitəsilə Avropa ölkələrini idarə etməyi və onların Rusiyaya qarşı durmasını istəyir. ABŞ-ın dəstəklədiyi Ukrayna Rusiya ilə Avropa arasına yerləşdirilən zaman bombası kimidir. Rusiya-Alman arasında “Şimal Axını 2” adlı təbii qaz kəməri layihəsi də var.

ABŞ-ın təhdid olaraq gördüyü digər ölkə isə Çindir. İttifaq daxilində Rusiya və Çinə qarşı göstəriləcək münasibətlər fərqlidir. Hər ikisini də hədəf alan ölkələr olmasına baxmayaraq, RusiyaAvropanın tərəfinə çəkmək üçün Rusiya ilə Çinin arasını pozmaq siyasəti izləyənlər də var. Məsələn, Fransa Rusiyanın bir Avropa ölkəsi olduğunu müdafiə edir və Çindən uzaq durur. Almaniya isə hər iki ölkəyə qarşı taraz bir siyasət izləyir. Baydenin bu zirvədə işi çətindir.

Makron: ”NATO-nun mövqeyi aydınlaşdırılmalıdır­”

ABŞ prezidenti Bayden AvropaNATO ilə idarə etməyi planlaşdırır, lakin Fransa prezidenti Makron NATO-nu tənqid etməyə davam edir. “NATO-nun beyin ölümü baş verib”, deyən Makronun fikri hələ də dəyişməyib.

Soyuq müharibənin bitdiyini 10 iyunda G7 və NATO zirvələrindən əvvəl verdiyi bir açıqlamada dilə gətirən Makron: “NATO-nun mövqeyini aydınlaşdırmalıyıq. Hədəfi nədir? Təhdid haradan gəlir? Düşmən kimdir və haradadır? Müttəfiqlərlə, xüsusən də Türkiyə ilə münasibətlər yenidən nizama salınmalıdır. Rusiyaya qarşı necə bir mövqe tutacağıq?”, şəklində bəzi suallar sadalayıb.

Həmin mətbuat konfransında prezident Ərdoğanla da görüşəcəyini bildirən Makron: “Ərdoğanla dərin fikir ayrılıqlarımız var”, deyib və əlavə edib: “Məsələn, NATO, Suriya, Liviya, Qarabağ, insan hüquqları...”

Yenicə girdiyimiz bu Asiya çağında ABŞ başda olmaqla, Qərb dünyası arasındakı qarşıdurmalar gündən-günə artmaqdadır. Həm AB daxilində, həm də NATO daxilində bu ziddiyyətlərin şahidi oluruq.

Bayden Ərdoğan və Putinlə görüşlərində axtardığını tapa bilməyəcək və məyus bir şəkildə ölkəsinə geri qayıdacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ NATO G7

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar