Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Türkiyəni mühasirə almaq layihəsinə vurulan zərbə...

Mətbuatda yer alan şərhlərdə Rusiyanın Suriyada muxtariyyət və federasiya formullarını dəstəklədiyi iddia edilir...

Ferit İlsever
“Aydınlık” qəzeti, Türkiyə, 30 noyabr 2021-ci il

ABŞ-ın bütün dünyada keçiriləcəyini elan etdiyi “Demokratiya Sammiti” bizim üçün dostla düşməni daha yaxşı ayırd etmək baxımından bir fürsət oldu. Açıqlanan siyahıya görə, 110 ölkənin qatılacağı sammitə başda Türkiyə, Rusiya və Çin olmaqla, müstəqil mövqe sərgiləyən ölkələr dəvət edilməyib. Bölgəmizdən yalnız İsrail və İraq sammitə dəvət olunub. İsrail aydındır, ancaq biz bilirik ki, İraq son illərdə PKK/PYD və onların ağaları olan ABŞ-la mübarizə aparır.

Ən əsası isə son vaxtlara qədər “Qladio”ya güvənən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı da “Demokratiya Sammiti”nə dəvət olunmayıb. Təsadüfi deyil ki, sammit iştirakçılarının elan edildiyi gün BƏƏ lideri Şahzadə Şeyx Məhəmməd ibn Zayed Əl Nəhyan Türkiyədə idi və iki ölkə arasında 9 maddəlik əməkdaşlıq müqaviləsi imzalandı.

Bu razılaşma ABŞ-ın İsrail və Yunanıstanın rəhbərliyi altında Türkiyəni mühasirəyə alması strategiyasına ağır zərbədir. Ona görə də Yunanıstan razılaşmaya reaksiya verib. İndi bu mühasirə strategiyasına ikinci zərbə Misirlə başladığımız danışıqları uğurla sona çatdırıb Qahirəni də belə bir əməkdaşlığa daşımaq olacaq. Bütün bu faktlar ABŞ-ın dağılmasının əlamətləridir. Bu sammitə veriləcək ən yaxşı cavab Türkiyənin dərhal hərəkətə keçməsi və Astanada bütün region ölkələri ilə əməkdaşlığı gücləndirəcək Rusiyaİranla əməkdaşlıq müqaviləsi bağlaması olardı.

Rusiya və regional ölkələrlə əməkdaşlıq öhdəliyi

ABŞ-ın “Demokratiya Sammiti”nin bəyan edildiyi gün Rusiyanın xarici işlər naziri Lavrov da Moskvada PKK/PYD-nin siyasi qolu olan Suriya Demokratik Məclisinin (SDM) İcraiyyə Komitəsinin sədri İlham Əhmədlə görüşüb. Bu görüşdə Suriyanın ərazi bütövlüyü, etnik və dini fərqliliklərin azadlığı mövzusunda razılaşdıqları açıqlanıb. Mətbuatda yer alan şərhlərdə Rusiyanın Suriyada muxtariyyət və federasiya formullarını dəstəklədiyi iddia edilib.

Əvvəlcə qeyd edək ki, Rusiyanın bu münasibəti Türkiyənin Ukrayna ilə əməkdaşlığına və Abxaziyanın Rusiyanın bir hissəsi kimi tanınmamasına diplomatik bir cavabdır.

PKK/PYD ABŞ-ın xidmətində olan və bölgəni parçalamaq üçün istifadə edilən bir təşkilatdır. Danışıqlar yoluyla onu bu missiyadan çəkindirmək olmaz. Suriyanın ərazi bütövlüyü Türkiyənin ərazi bütövlüyü kimi ancaq Fəratın şərqində PYD zərərsizləşdirildiyi təqdirdə əldə edilə bilər. Suriya Ordusu da bunun üçün PYD ilə döyüşür. ABŞ-dan gələn təhlükə ilə üz-üzə olan Rusiyanın regional maraqları da bu həlli zəruri edir. Rusiya da bu zərurətdən xəbərdardır. Ancaq şərtlərin yaratdığı qabaqcıl vəzifəyə baxmayaraq, Türkiyənin yanlış addımları bu şüuru sarsıdır. Beləliklə, bu məsələ ilə bağlı biz Türkiyənin region dövlətləri, xüsusilə RusiyaSuriya ilə əməkdaşlıq öhdəliyini xatırlayırıq.

İstehsal, investisiya və məşğulluk layihəsi həyata geçiriləcək

Məhz xarici əlaqələrin ABŞ-a qarşı regional müstəvidə inkişaf etdiyi və Türkiyənin “Qladio” mühasirəsini yardığı bu şəraitdə prezident Rəcəb Tayyib Ərdoğan “istehsal, investisiya, məşğulluq, ixrac” layihəsini açıqlayıb. İstehsal, investisiya və məşğulluq artıq sözdə qalmayıb, həyata keçiriləcək.

CHP-dən küçəyə çıxmaq çağırışı

Mənzərənin daha da aydınlaşacağı, Türkiyənin daxili və xarici problemlərində daha qətiyyətli mövqe nümayiş etdirəcəyi yeni bir dövrə girərkən CHP sədri cənab Kamal Kılıçdaroğlundan “meydanlara çıxın” çağırışı gəlib. Onlar ilk mitinqlərini dekabrın 4-də Mersində keçirəcəkdilər. Şübhəsiz ki, partnyorları İyi Parti və HDP ilə birlikdə. Əslində, bu çağırış PKK/HDP-nin çağırışıdır. Selahattin Demirtaş və bütün HDP rəsmiləri uzun müddətdir ki, belə təxribatlar edirlər.

Bu çağırışlar Rand Korporasiyasının hesabatlarında qeyd edildiyi kimi, heç bir uğur şansı olmayan daxili parçalanma, qarışıqlıq və “yaradıcı məhv” cəhdləridir. Millətimiz belə bölücü təşəbbüslərə etibar etməyəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar