Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ın regiona buraxılması Rusiyanın burda olmasından daha təhlükəlidir” - Politoloq

Turan Rzayev: “Vaşinqtonun Moskvadan daha ədalətli sülh təklif edəcəyini düşünmürəm”.

“Qərbin hazırda Rusiyaya qarşı effektiv təzyiq mexanizmlərindən istifadə etməməsinin başlıca səbəbi də məhz Qərbin Rusiyadan enerji asıldığını olmasıdır”.

Bu sözləri politoloq Turan Rzayev ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə artan maraqlarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Baydenin İlham Əliyevə Respublika Günü ilə bağlı təbrik məktubunun mətnində iki məqam diqqət çəkir. Birincisi ABŞ Xəzərdəki yatağın Azərbaycanla Türkmənistanın birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətliyyətlə dəstəklədiyini bildirib. İkincisi isə ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqliyini bildirib.

Bəs Vaşinqton “danışıqlar” deyərkən münaqişəni hansı çərçivəyə yönləndirməyə çalışır və hesab etmək olarmı ki, Vaşinqton Moskvadan daha ədalətli sülh təklif edə bilər? Ümumiyyətlə AzərbaycanErmənistan qarşılıqlı olaraq sərhədləri tanımadan Qarabağ münaqişəsinin müzakirəsi doğru addım ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Tutan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Mən yeni reallıqlara əsasən Türkiyə-Azərbaycan-Rusiya formatında münaqişəsinin tamamilə həll olunacağına inanıram”.

ABŞ-ın Qafqazda təmaslarını surətləndirdiyinə diqqət çəkən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, istənilən halda ABŞ burada İranRusiya faktorunu bilir. Buna görə də özü prosesdə iştirak etmək istəyir:

ABŞ-ın Azərbaycanın Türkmənistanla Anlaşma Memorandumunu dəstəkləməsinin səbəbləri var. Əvvəla onu demək lazımdır ki, ABŞ uzun müddətdir Mərkəzi Asiya regionuna nüfuz etmək istəyir. Azərbaycanın Türkmənistanla əldə etdiyi bu razılıq ABŞ üçün xüsusilə önəm kəsb edir. Bildiyimiz kimi Türkmənistan digər türk ölkələrinə nisbətən daha qapalıdır. Həmçinin Türkmənistan xarici siyasətdə olduqca kövrək və ehtiyatlı hərəkət edir. Buna görə də Azərbaycanın belə bir razılıq əldə etməsini diplomatik baxımından ciddi uğur hesab etmək olar.

ABŞ-ın məsələni alqışlaması barədə isə deyə bilərəm ki, bu gün Avropanın böyük miqdarda Rusiyadan təbii qaz və neft asıldığı mövcuddur. Rusiyanın icra etdiyi yeni layihələrlə də bu asılılıq gün-gündən artır. Qərbin hazırda Rusiyaya qarşı effektiv təzyiq mexanizmlərindən istifadə etməməsinin başlıca səbəbi də məhz Qərbin Rusiyadan enerji asıldığını olmasıdır.

Turan Rzayev: “ABŞ istəyir ki, yeni layihələrin icrası ilə də Rusiyaya alternativ güc formalaşsın. Hətta 907-ci düzəlişin uzadılması məsələsi də məhz bununla əlaqəlidir”.

Hazırda regionda Rusiyaya alternativ ola biləcək yeni bir güc formalaşmaqdadır. Burada xüsusilə Azərbaycanı qeyd etmək lazımdır. Azərbaycanın son 8 ildə icra etdiyi layihələrə nəzər saldıqda görə bilərik ki, böyük miqdarda Avropanın neft, qaz asılılığına qarşı alternativ olmaq yolunda əmin addımlarla irəliləyir. Təbii ki, bunu Qərb də, Rusiya da görür. Buna görə də ABŞ-ın regiona marağı artır. Buna görə ABŞ bölgəyə bir neçə dəfə iqtisadi yardım edib. Azərbaycana maliyyə yardımı edilir ki, Azərbaycan daha tez zamanda TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi layihələrin icrasını surətləndirsin. ABŞ istəyir ki, TAP və TANAP layihələri daha da inkişaf edərək Avropaya təbii qazın və neftin ixracını artırmaq potensialına daha çox malik olsun. Yeni layihələrin icrası ilə də Rusiyaya alternativ güc formalaşsın. Hətta 907-ci düzəlişin uzadılması məsələsi də məhz bununla əlaqəlidir.

ABŞ bütün bunları düşünərək rəsmi Bakı ilə təmasları surətləndirir. Memorandumun indiki halda ABŞ tərəfindən müsbət qarşılamasının başlıca səbəbi Azərbaycanın və Türkiyənin həmin layihələrdə siyasi, moderator qismində çıxış etməsidir. Bildiyimiz kimi Azərbaycanın icra etdiyi, amma coğrafi baxımdan Anadolu üzərindən Avropaya gedən layihələr var. Buna görə də Azərbaycan və Türkiyə ABŞ üçün maraqlıdır.

ABŞ-ın ATƏT-in Minsk qrupu olaraq münaqişənin uzunmüddətli həlli dedikdə ikimənalı təhlil ortaya çıxır. Birincisi odur ki, ABŞ indiki halda nə üçün prosesə aktivliyini artırıb? Bayaq da dediyim kimi bu məhz ABŞ-ın Qərbi Rusiyanın enerji asılılığından qurtarmaq istəyindən əmələ gəlir. Bununla belə ABŞ-ın təkcə Azərbaycanla deyil, Ermənistanla da əməkdaşlıqları var. Məlumdur ki, ABŞ-da erməni lobbisi və diasporası kifayət qədər güclüdür. Bu reallıqları nəzərə alaraq ABŞ Ermənistanla da münasibləri pozmaq istəmir.

Turan Rzayev: “Mənə görə RusiyaABŞ-ın ədalət prizması tam fərqlidir. Rusiya hər nə qədər hərb, zorakılıqla məsələni həll etmək istəsə də, ABŞ-a nəzərən daha effektiv həlləri olur”.

İkincisi isə indiki halda Qarabağ münaqişəsi 80 faiz həll edilib. Bəzi məsələlər üzərində hələ də işlər gedir. Düşünürəm ki, bu məsələlər də tədricən həll olunacaq. ABŞ-ın prosesə başlıca müdaxilə ondan ibarətdir ki, ABŞ regionda Rusiyanın təkbaşına ağalıq etməsini istəmir. Hətta bildiyimiz kimi ABŞ-ın arxabaxçası deyilən bir neçə əraziyə artıq ABŞ müdaxilə edib. Bura misal olaraq Şərqi Avropanı, Mərkəzi Asiyanı göstərmək olar. İndi isə ABŞ Qafqazda da təmasları surətləndirir. İstənilən halda ABŞ burada İranRusiya faktorunu bilir. Buna görə də özü prosesdə iştirak etmək istəyir.

İndiki halda həmsədrlərin nə edə bilməsi sualına cavab vermək çətindir. Çünki düşünmürəm ki, həmsədrlərin fəaliyyəti prosesin nizamlanmasında nəsə həll ola bilər. Hazırda Türkiyə-Azərbaycan-Rusiya üçlüyü regionda münaqişənin qalan predmetlərinin həllində ən effektiv əməkdaşlıq aparan ölkələrdir.

Vaşinqtonun Moskvadan daha ədalətli sülh təklif edəcəyini düşünmürəm. Vaşinqton indiki məqamda Azərbaycana enerji layihələri baxımından iqtisadi yardım edə bilər. Başqa inanmıram ki, ABŞ Qarabağ münaqişəsinə görə daha optimal və konstruktiv mövqe sərgiləsin. Mənə görə RusiyaABŞ-ın ədalət prizması tam fərqlidir. Rusiya hər nə qədər hərb, zorakılıqla məsələni həll etmək istəsə də, ABŞ-a nəzərən daha effektiv həlləri olur. Burada o yaxşıdır, bu pisdir söhbəti getmir. Sadəcə olaraq ABŞ-ın dostu da, düşməni də eynidir. ABŞ istəmir ki, dostları həddən artıq güclənsin, düşmənləri isə həddən artıq zəifləsin. Buna görə də ABŞ-ın regiona buraxılmasını qəbul etmirəm. Çünki ABŞ-ın regiona buraxılması Rusiyanın regiona buraxılmasından daha təhlükəlidir.

ABŞ-ın girdiyi münaqişələr daha dağıdıcıdır. Biz Suriyanı, İraqı, Liviyanı buna misal göstərə bilərik. Amma Rusiyanın qatıldığı münaqişələr həll edilə bilir. Buna görə də ABŞ-ın regiona buraxılmasını siyasi səhv hesab edirəm. Ümid edirəm ki, ölkə rəhbərliyi də iqtisadi əlaqələrimiz xaricində ABŞ-ın siyasi marağının bölgədə böyüməsinə imkan verməyəcək.

Turan Rzayev: “Rusiya və Türkiyənin ortaq maraqları çərçivəsində bu regionda sülhün bərqərar oluna biləcəyini düşünürəm”.

Onu da qeyd edim ki, Paşinyan Qərb meyillidir və ABŞ-dan dəstək alır. Onun əsas məqsədi də Qarabağ münaqişəsini ABŞ-a yönəltməkdir. Bu onların öz seçimidir. Lakin ABŞ-ın Qarabağda hərbi və siyasi varlığının artması qəbuledilməzdir. Onsuz da ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişən bir statusu olmayacaq. Onlar ənənəvi surətdə gəlib gedəcəklər və nəsə etməyə çalışacaqlar.

Mən yeni reallıqlara əsasən Türkiyə-Azərbaycan-Rusiya formatında münaqişəsinin tamamilə həll olunacağına inanıram. Xüsusilə Rusiya və Türkiyənin ortaq maraqları çərçivəsində bu regionda sülhün bərqərar oluna biləcəyini düşünürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar