Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olunub

ABŞ-ın nüfuzlu “News Blaze” nəşrində Nurit Qrincerin İkinci Qarabağ müharibəsi qaziləri barədə məqaləsi dərc olunub.

"Report" xəbər verir ki, müəllif qeyd edib ki, İsrail həkimlərinin səyləri nəticəsində azərbaycanlı qazi 24 yaşlı Arif Hacıyevin gözləri sağalıb: “Yerusəlimdə fəaliyyət göstərən “Misqav Ladax” xəstəxanasında çalışan oftalmoloq Yişay Falik könüllü həkimlər qrupu ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 150 azərbaycanlı qazi üzərində ödənişsiz göz əməliyyatı həyata keçirib”.

Məqalədə bildirilib ki, İkinci Qarabağ müharibəsində 1245 azərbaycanlı hərbçi yaralanıb: “Onlardan biri Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində yaralanan Arif Hacıyevdir”.

24 yaşlı Arif Hacıyev “News Blaze” nəşrinə müsahibəsində Azərbaycan dövlətininin qazilərə qayğısından danışıb. Azərbaycanlı qazi “YAŞAT” Fondunun onu ev və avtomobillə təmin etdiyini bildirib.

N.Qrincer digər azərbaycanlı qazi Vasif Dilavərzadə barədə də bəhs edib. Müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsi zamanı yaralanan V.Dilavərzadənin ayağının xilas edilməsi üçün 7 əməliyyat keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar