Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

Neft yüksəlişdədir, çünki ABŞ, Avropa və dünyanın qalan hissəsi elektrik enerjisi istehsal etmək üçün lazım olan kömür və təbii qazın qiymətləri artdıqca neftə üz tutur...

Vail Mehdi
“Şarkul Avsat” qəzeti, 25 noyabr 2021-ci il

Dünyanın ən böyük iqtisadiyyatının, ən böyük neft istehsalçısının və ən böyük neft istehlakçısının prezidenti olduqda böhranların öhdəsindən gəlmək üçün mütləq “A” planına sahib olmaq lazım gəlir.

Əslində, son günlər başa düşdük ki, ABŞ prezidenti Co Baydenin hazırkı böhranla məşğul olmaq üçün “A” planı var, lakin bu plan uğursuz oldu. Ona görə də o, hazırda “B” planı üzərində düşünməlidir. Ancaq çox vaxt “A” planı uğursuz olduqda, “B” planı da uğursuz olur.

ABŞ prezidenti strateji neft ehtiyatlarından 50 milyon barel neft buraxmaq qərarına gəlib. Sözügedən qərar inflyasiyanın artmasına səbəb olan yanacağın qiymətinin aşağı salınması üçün qəbul edilib. Bu, 50 milyon barellik neftin istifadəyə verilməsindən sonra neftin qiymətinin artması ilə uğursuzluğa düçar olan da “A” planı idi.

Bəs niyə bu baş verdi? Məsələ ondadır ki, “A” planı iqtisadi əsaslara deyil, əksinə siyasi olan bir enerji böhranını aradan qaldırmaq üçün sırf siyasi təməllərə əsaslanırdı.

Adətən bu ehtiyat 2011-ci ildə olduğu kimi fövqəladə hallarda Beynəlxalq Enerji Agentliyinin (IEA) digər üzvləri ilə razılaşdırılaraq buraxılır. Ancaq bu dəfə Bayden sürüdən asılı olmayaraq, təkbaşına hərəkət etdi və Hindistan, Yaponiya, Çin kimi bəzi istehlakçı ölkələri də eyni şeyi etməyə çağırdı. Hindistan və Yaponiya bu çağırışa cavab versə də, Çindən hələ də cavab gəlməyib.

Ehtiyacı olmasına baxmayaraq, ehtiyat yanacaqların gələcəyinə son qoymaq istəyən bir ölkə enerji böhranını həll edə bilməz.

Neft yüksəlişdədir, çünki ABŞ, Avropa və dünyanın qalan hissəsi elektrik enerjisi istehsal etmək üçün lazım olan kömür və təbii qazın qiymətləri artdıqca neftə üz tutur. Təbii qazın qiymətinin artması fonunda neft ən yaxşı alternativ olaraq görülür.

Burada sual olunur: təbii qazın qiyməti niyə qalxdı? Cavab: neft, təbii qaz və kömürə qarşı düşmənçilik siyasəti infrastruktura investisiyaların yatırılmasının azalmasıdır və son illərdə qeyd etdiyimiz bütün ehtiyat yanacaqların bazara çıxarılması da problemi həll edə bilmir. Hazırda qiymətlər artdıqca, bu artım üçün planlaşdırma və prioritetləşdirməyə qayıtmaqdan başqa heç bir sürətli alternativ yoxdur.

Başqa bir maraqlı sual budur ki, 50 milyon barrel strateji neft ehtiyatı bazara buraxıldıqdan sonra neftin qiyməti niyə qalxdı? Çünki bazarın buna ehtiyacı yox idi. Qiymət artımı təklif çatışmazlığının deyil, sektora investisiyaların azalması nəticəsində yaranan struktur böhranının nəticəsidir.

Diqqət çəkmək istədiyim başqa bir məqam isə odur ki, ABŞ-ın bazara çıxardığı bu kütləsi bazardakı qiymətləri daha da artıracaq. Çünki ABŞ gələn il ehtiyatlarını artırmaq üçün 50 milyon barrel neft almalı olacaq.

Bu gün qiymətləri təxminən 80 dollar olması fonuda ehtiyatın sərf edilməsi ilə bazar ABŞ hökumətinin nefti daha baha qiymətə almaqla ehtiyatı dolduracağını gözləyir. Ona görə qiymət də qalxır.

Təəssüf ki, ABŞ hökuməti ikili və ziddiyyətli siyasətini həyata keçirməyə davam edir. Çünki ABŞ bir tərəfdən Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) guya “neft qiymətlərini manipulyasiya edən təşkilat” deyərək sanksiyalar tətbiq etmək istəyir, digər tərəfdən də OPEC-in neftin qiymətini aşağı salmaq üçün müdaxilə etməsini istəyir. Bu, ziddiyyət deyilmi?

Amma ABŞ-ın bu təhdidləri və təklifləri kimə maraqlıdır ki? ABŞ-ın hazırkı prezidenti Co Baydenin nə neftlə bağlı dəqiq siyasəti, nə də ABŞ administrasiyasının strateji neft ehtiyatlarından bazara davamlı olaraq böyük həcmdə neft çıxarmaq barədə danışmaqdan başqa, qiymətləri aşağı salmaq üçün edə biləcəyi bir alternativi var.

Bəs indi “B” planı nədir? Bilmirəm və qarşımda Senat üzvləri tərəfindən uzun illərdir müzakirə edilən və hələ də müzakirə olunan Qeyri-neft Hasilatı və İxrac Olunmayan Kartellər Qanununun (NOPEC) tətbiqindən başqa heç nə görmürəm. Bu OPEC-i daha çox neft ixrac etməyə və qiymətləri aşağı salmağa məcbur edə bilər.

Problem ondadır ki, tələb və təkliflə heç bir əlaqəsi olmayan məlumatlara əsaslanan bu cür siyasət bazara kömək etməyəcək. Bu, həm də qiymətlərin dəyişməsinə səbəb ola bilər və ondan qurtulmaq üçün uzun zaman lazım olacaq profisitə səbəb ola bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar