Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın keçmiş dövlət katibi: “Putini xərcə salmaq gərəkdir”

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo prezident Cozef Baydenin Rusiyanın təşkil etdiyi kiberhücumlara verdiyi cavabı müzakirə etmək üçün bu həftə “Fox TV”də yayımlanan “Dan Boncino ilə olduğu kimi” proqramına qoşulub.

Öyən ay ABŞ prezidenti Cozef BaydenRusiya prezidenti Vladmir Putin İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüşdə müzakirə edilən məsələlərdən biri də neçə vaxtdır ABŞ-ın mühüm dövlət və biznes strukturlarının məlumat bazalarına yönəlmiş haker hücumları olub. ABŞ bu hücumların əksərini Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə işləyən haker qruplarının həyata keçirdiyini bildirir. Rusiya tərəfi ittihamları rədd edir.

Putinlə görüşdə Bayden ona 16 ən mühüm infrastruktur sahəsinin siyahısını verib. ABŞ prezidenti bildirib ki, bu sahələr hücuma məruz qalmamalıdır. Eyni zamanda o, deyib ki, Putin cavab zərbəsi üçün ABŞ-ın hansı mühüm kiber imkanlara malik olduğunu yaxşı bilir.

Görüşdən sonra keçirilən mətbuat konfransında hər iki lider nikbin fikirlər səsləndiriblər. Cozef Bayden Amerikanın dəyərlərinə zərər vurmamaq şərtiylə iki ölkə arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşacağına ümid etdiyini vurğulayıb.

Novator.az-ın məlumatına görə, Mayk Pompeo “Fox TV”nin “Dan Boncino ilə olduğu kimi” proqramında çıxışı zamanı deyib ki, o, sovet KQB-sinin (XX əsrin ikinci yarısında Sovet İttifaqının əsas xüsusi xidmət orqanı olmuş Dövlət Təhlükəsizlik Xidmətinin) yetirməsi olan Putinin Baydenin yanaşmasını zəiflik kimi qiymətləndirdiyinə şübhə etmir: “Putin görür ki, Bayden ona “16 sahə var ki, sən ona toxuna bilməzsən” deyir, halbuki minlərlə görülməli iş var. Putin də həmin minlərlə məsələnin hər birinin ayrı-ayrılıqda öhdəsindən gələ biləcəyinə inandığı üçün belə düşünür: “Deməli, filan istiqamətlərdə hərəkət edə bilərəm, şantaj proqramını daha da gücləndirə bilərəm”. Putin Rusiyanın belə bir proqramının olmadığını söyləyə də bilər. O, istədiyi vaxt bu proqramı işə sala, istədiyi vaxt durdura bilər.

Bəs, bundan sonra hansı tədbir görülməlidir? Elə etmək lazımdır ki, Rusiyanın xərci qazancından çox olsun. Rusiya rəhbərliyini, təkcə Vladimir Putini deyil, haker əməliyyatlarında iştirak edən bütün oliqarxları xərcə salmaq gərəkdir. Onlar bu xərclərin real, sürətli, ardıcıl və sərt olacağını anlamalıdırlar.

Donald Tramp administrasiyasında dörd illik fəaliyyətimizin ən uğurlu cəhətlərindən biri o idi ki, bizim apardığımız təhlükəsizlik siyasəti Amerika xalqının müdafiəsini və rusların cəzasız qalmayacağını təmin edirdi.

İndi isə Rusiya ilə aparılan danışıqların heç bir nəticəsi yoxdur. Putin Baydenin çıxışını dinləyəndən sonra onun dediklərini bir qulağından alıb o biri qulağından verəcək. Putinin davranışını, bu hücumları icra edənlərin davranışını dəyişdirə biləcək yeganə şey onlara yüksək qiymət oxumaqdır. Yalnız real xərcə düşdüklərini görəndə ruslar və Rusiya hökuməti öz əməllərinin ağrısını çəkəcək.

Bizim belə bir planı həyata keçirməyə imkanımız var. ABŞ liderləri düzgün strategiya müəyyənləşdirməli və sonra ruslarla ünsiyyət qurub onu qətiyyətlə həyata keçirməlidirlər. Onda bu, rusların bizə qarşı etdiklərinin birbaşa cavabı olardı”.

Mayk Pompeo 1963-cü ildə Orinc şəhərində (Kaliforniya ştatı) doğulub. 1986-cı ildə Uest-Poynt Hərbi Akademiyasını bitirib. 1991-ci ilə qədər ABŞ Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdən sonra Harvard Universitetinin hüquq fakültəsində təhsil alıb, uzun illər hüquq firmalarında və biznes qurumlarında fəaliyyət göstərib.

2011-2017-ci illərdə Konqresdə Kanzas ştatını təmsil edən Mayk Pompeo Donald Trampın prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və dövlət katibi postlarını tutub. O, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində 2017-ci il yanvarın 23-dən 2018-ci il aprelin 26-dək, dövlət katibi postunda isə 2018-ci il aprelin 26-dan 2021-ci il yanvarın 20-nə – Donald Tramp Ağ evi tərk edənədək çalışıb.

Mənbə: Foxnews.com

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar