Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Əfqanıstandan çəkilməsi Pakistanda qorxu yaradır - İslamabad yeni dönəmə hazırdırmı?

İslamabad yüz minləri əhatə edən yeni bir qaçqın dalğası ilə üzləşməyə də hazır olmalıdır....

Hüda Hüseyni
“Şarkul Avsat” qəzeti, 22 iyul 2021-ci il

Taliban” hərəkatının üç nümayəndə heyəti eyni vaxtda Rusiya, İranQətərdə olub. Bunlardan ən başlıcası, Qətərdə Əfqanıstan hökumətinin Abdullah Abdullahın başçılıq etdiyi heyət ilə görüşlər keçirən nümayəndə heyəti idi. “Taliban” şəriəti pozduğunu əsas gətirərək danışıqları heç bir izahat vermədən bitirib və aylar sonra bir nəticəyə gələ biləcəklərini söyləyib. İranda isə Məhəmməd Cavad Zərif ölkəsi ilə Əfqanıstan arasında parlaq bir gələcəyin olmasını məmnuniyyətlə qarşılayıb və Böyük Ayətullah Lütfullah Səfi Gülpayeqani isə hökumətinə şeytanlığı ilə tanınmış bir terror qruplaşmasına etibar etməməsi barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Co Baydenin ölkəsinin Əfqanıstandan çəkilməsinin 31 avqusta qədər başa çatacağını elan etməsi ilə Əfqanıstanda sonuncu oyun başlayıb. “TalibanABŞ qüvvələrinin ölkədən çıxması ilə əlaqədar yaranan məyusluqdan istifadə edərək nəzarət bölgələrini genişləndirmək üçün planlaşdırılmış hücumlara başlayıb və beləcə, rəqiblərini sıxışdırıb və ölkədə aparıcı qüvvə olduğunu ortaya qoyub. Hər gün Əfqanıstanın müxtəlif bölgələrinin “Taliban”ın əlinə keçməsi ilə bağlı xəbərlər yayılır. Əfqan hökumət qüvvələri, əsasən, ciddi müqavimət göstərmədən təslim olurlar. “Taliban” qüvvələrinin Əfqanıstan hökumət qüvvələri üzərində qazandıqları bu asan qələbəyə baxsaq, Kabil rejiminin son günlərini yaşadığını deyə bilərik.

Ağır can və mal itkisinə baxmayaraq, ABŞ-ın Əfqanıstandakı hərbi macərasının uğursuzluğu ABŞ-ın ölkəni işğal etməsinin səbəbləri və izlədiyi strategiya ilə bağlı bəzi vacib sualları gündəmə gətirib. Geriyə nəzər saldıqda, işğalın 11 Sentyabr 2001-ci il terror hücumlarına qarşı bir reaksiya olduğu aydın olur. Ancaq “Əl-Qaidə”ni o dövrdə törətdiyi cinayətlərə görə cəzalandırmanın başqa yolları da var idi.

Braun Universitetindəki “Müharibənin Maliyyəti” adlı layihəyə görə, 11 Sentyabr tarixində ABŞ-a edilən hücumdan sonraq Əfqanıstanda 3500-dən çox ABŞ və müttəfiq əsgərin ölüb. son 20 ildə 47 mindən çox əfqan mülki şəxsin və ən azı 66000 əfqan əsgərinin ölümü və 2,7 milyondan çox əfqanın köçkün olması ilə nəticələnən, təxminən 20 illik müharibə növbəti mərhələyə keçid etməkdədir.

Təcrübəli ABŞ əsgəri Ceyson Lilli bazar ertəsi günü “Reuters” xəbər agentliyinə verdiyi açıqlamada “100% müharibədə məğlub olduq” deyərək, Əfqanıstanda tökülən qanların boşa getdiyini bildirib.

Nəticədə, ABŞ rəhbərliyinin Əfqanıstanda tətbiq etdiyi hökumət rejimi Əfqanıstan cəmiyyətində kök sala bilmədi və xalqının, xüsusilə kənd yerlərində yaşayanların qəlbini qazana bilmədi. Əfqanıstanın tarixini bir az bilən hər kəs belə bir hökumətin xarici hərbi dəstəyin geri çəkilməsindən sonra uzun müddət davam etməyəcəyini başa düşürlər. Hazırda Əfqanıstanda baş verənlər bundan ibarətdir.

Bir çox amerikalı Əfqanıstandakı müharibəni Vyetnam müharibəsi ilə müqayisə edir. Hər iki müharibənin də açıq bir məqsədinin olmadığını və hər iki ölkədə hərbi forma geyinməyən düşmənə qarşı mübarizədə bir çox ABŞ prezidentinin iştirak etdiyini söyləyirlər. Bir çox amerikalı tarixçilərin Əfqanıstanı niyə “imperiya qəbiristanlığı” adlandırdığı indi yaxşı başa düşülür.

İngiltərə 19-cu əsrdə iki dəfə Əfqanıstanı işğal etdi və 1842-ci ildə ən ağır hərbi məğlubiyyətlərindən birini yaşadı. Sovet İttifaqı 1979-1989-cu illərdə Əfqanıstanı işğal etdi və 15.000 əsgərin ölməsi, on minlərlə insanın yaralanması nəticəsində geri çəkildi. Ancaq digər amerikalılar müharibəni fərqli qiymətləndirirlər. Əslində, onlara görə, müharibə 2011-ci ildə “Əl-Qaidə” lideri Üsamə bin Ladenin Pakistanda öldürülməsinə və qadın hüquqlarının yaxşılaşdırılmasına gətirib çıxardı.

Pakistanın narahatlıqları da məhz burada ortaya çıxır. Əfqanıstanın xəritəsinə baxdıqda Pakistanın cənub və şərq sərhədləri boyunca təxminən 2400 kilometr sərhədin olduğunu görürük. Ancaq birindən bəhs edərkən digərindən danışmamaq çətindir. ABŞ-ın Əfqanıstandakı “Taliban”la birlikdə apardığı və “Taliban”a qarşı apardığı müharibələri dəfələrlə Pakistanın maraqlarına uyğun olub. İndi siə vəziyyət dəyişir. “Taliban” qüvvələri Pakistan ərazisindən çıxmağa başlayıb. Pakistanın özündə isə “Taliban”ın qatil obrazı formalaşıb. Bu obraz hələ Üsamə bin Laden öldürülməmişdən əvvəl formalaşmağa başlamışdıi.

ABŞ-ın Əfqanıstandan çəkilməsi Pakistana ciddi təsir edəcək. Bütün gözləntilərin əksinə olaraq ABŞ qüvvələri son adama qədər həqiqətən Əfqanıstandan ayrılır və artıq hamıya aydındır ki, ABŞ-la müttəfiq olan hökumət uazın aylarda çökəcək. “Taliban” Əfqanıstan ilə Pakistan arasındakı əsas sərhəd keçidi və İranla sərhəd qapısı da daxil olmaqla, bir çox ərazini ələ keçirib. Düzdür, İran və Türkiyə təsir və iqtisadi qazanc üçün Əfqanıstan üzərində fokuslanıb. Lakin barışıq prosesinin pisləşməsi və Əfqanıstanda davam edən qeyri-sabitlik Pakistana bir çox şəkildə təsir edir. Pakistan Əfqanıstandakı müharibədə tarixən çox əziyyət çəkdi və hər halda Əfqanıstandan sonra ən ağır şəkildə əvəz ödədi. Bu statistikada da aydın gprünür. Pakistan 40 ildir davam edən bu müharibədə 70 min insanla yanaşı, 150 milyard dollar da itirib və indi İslamabad hazırkı vəziyyəti böyük bir narahatlıqla izləyir. Buna görə də Pakistan höküməti bir çox ölkənin üzərində işlədiyi sülh prosesini izləyir və bu son qeyri-sabitliyin ciddi şəkildə danışıqlarda nəzərə alındığından əmin olmaq istəyir.

Hazırda danışıqlar Əfqanıstan hökuməti ilə “Taliban” arasındakı sülh prosesi ətrafında aparılır. “Taliban” 20 ildir hökumətə qarşı üsyan edir və bundan əvvəl də bir neçə il ölkəyə tam nəzarət edib. Pakistan zaman-zaman “Taliban” hərəkatına dəstəkləməsi ilə bağlı iddiaları rədd etsə də, müxtəlif formalarda hərəkatla olan əlaqəsi ortaya çıxıb. Xüsusilə Pakistan Kəşfiyyat Xidməti (ISI) ilə “Taliban” arasında əlaqələrin olduğuna heç kim şübhə eləmir.

Bəs “Taliban”ın qələbəsi Pakistanın xeyrinədirmi? Xeyr. Ötən həftə Özbəkistanın Daşkənd şəhərində olan Pakistanın baş naziri İmran Xan üstünlük verdikləri bir tərəfin olmadığını açıq şəkildə bildirib. Xan ifadəsinə davam edərkən: “Əfqanıstan xalqı tərəfindən qəbul edilən şey Pakistan tərəfindən də qəbul edilmiş sayılır. “Taliban” hərəkatını hərbi qələbə üçün təzyiq göstərməkdən çəkinməyə çağırdıq. Düşünürəm ki, Əfqanıstan hökumətinin də güzəştə getmək vaxtı çatıb”, deyə qeyd edib.

Pakistan Əfqanıstanda çoxtərəfli vətəndaş müharibəsinin və qan tökülməsinin qarşısını almaq üçün müxtəlif əfqan qrupları arasında sülh yolu ilə həll üçün çağırış edib. Əslində, belə bir müharibənin başlaması Pakistanın təhlükəsizliyi və iqtisadi tərəqqisi ilə yanaşı, regional sülhə də ciddi mənfi təsirlər göstərəcəkdir. Ancaq ABŞ ordusunun geri çəkildikdən və vəziyyətin onların lehinə çevrildikdən sonra hərbi bir qələbə qazanacaqlarını düşünən “Taliban”ın öz şərtləri yerinə yetirilmədən belə bir razılığa gəlməsi ehtimalı azdır. Lakin “Taliban”ın yaxın zamanda elan etməyi planlaşdırdığı sülh planı Kabil hökumətinin dinc yolla təslim olması üçün şərait yarada bilər. Buna görə də, Pakistanın uzaq olmayan bir gələcəkdə özünü “Taliban” və ya “Taliban” tərəfindən nəzarət edilən bir hökumətə hazırlaması daha doğru olar.

Pakistan paytaxt İslamabadda bir sülh konfransına ev sahibliyi edir. Konfrans Pakistanın sülh prosesini asanlaşdırmaq səylərinin bir hissəsidir. Doğrudan da, Bayden Əfqanıstandakı müharibədə qələbə qazanılmayacağını deyərkən haqlı idi. Görünən budur ki, Pakistan Əfqanıstanda sülhün hələ də əldə oluna biləcəyinə ürəkdən inanır və sülh prosesinə diqqət yetirməyin ABŞ-ın terrorizmlə mübarizədə atacağı ən yaxşı addım olacağını düşünür.

Ümid edək ki, “Taliban” 1996-2001-ci illərdə Əfqanıstanı idarə edərkən buraxdığı dəhşətli səhvlərdən dərs alıb və daxili-xarici siyasətdə mülayim olmağın öz xeyrinə olduğunu başa düşüb. Milli səviyyədə, “Taliban” hökuməti formalaşdırarkən Əfqanıstanın digər partiyalarının və qruplarının cəhdlərini bir yerə toplamağa çalışmalıdır ki, hakimiyyət koalisiyası geniş əsaslı və davamlı olsun. Həm də beynəlxalq ictimaiyyəti Əfqanıstan ərazisi daxilində hər hansı bir terror qruplaşmasının fəaliyyət göstərməsinə icazə verməyəcəyinə inandırmalıdır. “Taliban”ın insan hüquqları və qızların təhsil alması kimi məsələlərdə də çevik və müsbət addımlar atmalıdır.

Bununla birlikdə, İslamabad yüz minləri əhatə edən yeni bir qaçqın dalğası ilə üzləşməyə də hazır olmalıdır. Çünki ingilis əsgərlərinin gözlədiyi kimi “Taliban”ın qalib gəlməsi ehtimalı nəticəsində vətəndaş müharibəsi başlayacaq. Qaçqınların yalnız Pakistana axın etməyəcəklərini, eyni zamanda, yaxınlıqdakı digər ölkələrə sığınacaqlarını, sonra da Avropaya və dünyaya yayıldığını görəcəyik...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar