Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Cənubi Qafqaz strategiyası - II Yazı

Fərhad Məmmədov
Politoloq

Prezident Adminstrasiyası yanında keçmiş Strateji Araşdırmalar Mərkəzinin sabiq direktoru, “Valday” Beynəlxalq Diskusiya Klubunun eksperti, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi analitik Fərhad Məmmədov Cənubi Qafqazda ABŞ-ın strategiyası ilə bağlı məqalə ilə çıxış edib. PİA.az həmin məqalənin II Hissəsini oxucularının diqqətinə cəlb edir:

(I yazını burdan oxuyun)

ABŞ-ın regionla bağlı xarici siyasətinə lobbiçilik və ideologiya böyük təsir göstərir. Hazırda Konqresdə erməni koukusuna Aşağı Palatanın (AP) sədri N.Pelosi, Senatın xarici əlaqələr komitəsinin rəhbəri B.Menendez, AP kəşfiyyat komitəsinin rəhbəri A.Şif başda olmaqla 122 senator və konqresmen daxildir. Bu isə 535 üzvdən ibarət Konqresin təxminən ¼-nin ermənipərəst deputatlardan təşkil olması deməkdir. ABŞ konstitusiyasına görə AP sədri prezident və vitse-prezidentindən sonra ölkədə üçüncü şəxs hesab olunur, qanun aktları isə öncə Konqresin müvafiq komitələrində hazırlanır. İndiyə qədər erməni koukusu Azərbaycana qarşı 10-a yaxın əhəmiyyətli düzəliş qəbul etmişdir. Erməni diasporunun Konqresdəki mövqeləri Ağ Evi də öz xarici siyasətində Ermənistana münasibətdə diqqətli olmağa, Azərbaycana qarşı isə öz maraqlarına zidd olan yanaşmanı sərgiləməyə məcbur edir.

ABŞ Konstitusiyasına görə prezident seçkilərində qələbə seçicilər kollegiyasının əksər səslərini toplamış şəxsə çatır. Qələbə üçün 538 səsdən 270-i toplamaq tələb olunur. Kollegiyada səslər əhali sayına uyğun ştatlar arasında bölüşdürülür. Ən çox səs (55) Kaliforniya ştatındadır. ABŞ-da erməni əsilli vətəndaşların böyük hissəsi Kaliforniyada məskunlaşıb. Qanunvericiliyə görə ştatlarda səslərin əksəriyyətini toplamış namizəd, ştata ayrılan bütün səsləri qazanmış olur. 55 səs qələbə üçün tələb olunan 270 səs çoxluğunun təxminən ¼ hissəsini təşkil edir. Bu fakt namizədləri ermənilərin maraqlarını nəzərə almağa, seçki kampaniyası zamanı böyük vədlər verməyə məcbur edir. Eyni şəxs iki dəfə prezident seçilə bildiyinə görə bu faktor seçkilərdə qalib gəldikdən sonra da 4 ilini 8 ilə çevirmək istəyən prezidentlərə təsirini saxlamış olur.

Erməni lobbisinin tərkibində daşnakların mövqeləri çox güclüdür. Öz növbəsində daşnakların N.Paşinyan ilə ciddi ziddiyyətləri vardır. Lobbi Ermənistanın Türkiyə və Azərbaycanla sülh prosesinə mane olmağa çalışır. Yanvarın 16-da Ermənistana və separatçılara 1989-cu ildən indiyə qədər 917 mln.$ ianə etmiş “Erməni Arsax Fondunun” prezidenti H.Sasunyan N. Paşinyanın xarici siyasətini tənqid edən məqalə dərc etdi. Müəllifə əsasən, Türkiyə Ermənistandan sülh müqaviləsi imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsini, bununla da “Arsax və Naxçıvandan birdəfəlik imtina etməsini” və Zəngəzur dəhlizinə icazə verməsini tələb edir.

Diasporun Ermənistan iqtidarı ilə qarşıdurması birtərəfli deyil. II Qarabağ müharibəsi “məğlubedilməz erməni ordusu” mifi ilə yanaşı “hər şeyə qadir erməni diasporu” mifini də alt-üst etdi. N.Paşinyan separatçı rejimin beynəlxalq tanınması ilə bağlı çağırışlar etsə də, erməni diasporu heç bir ölkəni Qarabağın müstəqilliyini tanımağa məcbur edə bilmədi. D. Trampın hakimiyyət illərinə isə Azərbaycan ABŞ-dan 200 mln.$-a qədər silah-sursat əldə etdi. Bunlar diasporun Ermənistandakı nüfuzuna güclü zərbə endirdi.

ABŞ-ın CQ-da uğurlu xarici siyasətinə və regional sabitliyə erməni lobbisi daima mane olmağa çalışırlar. Bu Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsinə mane olmaq, qondarma “soyqırımın” ABŞ təhsil sisteminə “Armenian Genocide Education Act” sayəsində daxil olmasına, Azərbaycana hərbi yardımı, Türkiyəyə isə F-16 qırıcı təyyarələri satmağı qadağan edən 724 və 478-ci düzəlişlərin qəbuluna cəhdlərdə özünü biruzə verir.

Maraqlı müşahidə: Konqresin ermənipərəst üzvlərinin əksəriyyəti dünyada parlaq rusofob siyasətçilər kimi tanınırlar. Bu fakt, ABŞRusiyadakı erməni diasporlarına bir-biri ilə uğurlu əməkdaşlıq etməsinə də mane olur. Lakin, Rusiyaya qarşı amansız olan ABŞ nədənsə Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistana məhz erməni lobbisinin fəaliyyəti nəticəsində mülayim münasibət sərgiləyir.

Ümumən, erməni lobbisinin destruktiv fəaliyyəti Azərbaycanda ABŞ haqqında mənfi imicin formalaşmasına təsir göstərir. Lobbiçiliyin vaxtaşırı praqmatik siyasətə üstünlük gəlməsi ABŞ-ın qərəzsiz və etibarlı tərəfdaş olma imkanlarına şübhələr yaradıb, ABŞ-ın xarici siyasətini natamam sistem kimi qavranılmasına səbəb olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar