Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan yeni Qarabağ planı –Təhlil


Stanislav Tarasov


REGNUM İA, 01.09.2016

ABŞ dövlət katibi Con Kerri Aspen institutu və həftəlik “Atlantic” dərgisiin təşkil etdiyi 8-ci illik forumda çıxış edərək prinsipial səciyyəli açıqlama verib. O, dünyada mövcud “dondurulmuş” deyilən münaqişələrdən danışarkən vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsindən danışılsa, onda “indiki anda nizamlama imkanı nəzərdən keçirilmir, çünki hər şeydən əvvəl liderlər hazır deyil”. Həqiqtən də, Dağlıq Qarabağ nizamlaması ətrafında son hadisələrə hadisələrin inkişaf kontekstini dəyişən qanlı aprel müharibəsinin ciddi sindromu əlavə olunub.   

Hər şeydən öncə bu nənada ki, münaqişənin güclənməyə sarı məsafəsi azalır. Aprel müharibəsi göstərdi ki, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ ətrafındakı durumun inkişafını önləməkdə birgə səyləri iflasa uğrayıb. Düzdür, fikrimizcə, bəzi erməni ekspertlərinin etdiyi kimi, Madrid prinsiplərinin üstündən xətt çəkmək hələ erdir, amma nizamlamada müəyyən mərhələnin başa çatdığı haqda danışmaq mümkündür. Kerriyə görə, çox şey “liderlərin nizamlamaya hazır olmadığı ilə” izah olunur. Lakin problem bundadır ki, görünür, ATƏT MQ və hətta həmsədr ölkələrin dövlət liderlərinin vasitəçiliyi ilə  ErmənistanAzərbaycan prezidentləri Serj Sərkisyanla İlham Əliyevin görüş formatı özünü tükədib. Faktdır ki, İrəvan və Bakı bir-birinə doğru bir addım da atmadan aprel müharibəsinin yekunları üzrə əsasən öz daxili problemlərini həll edirlər.

Stepanakertin (mətndə bu cürdür-tərc.) danışıqlar prosesinin iştirakçısı kimi qəbul edilməyi durumdan çıxış ola bilərdi, lakin Azərbaycan buna hazır deyil və Ermınistan bunu çox da arzulamır. Aprel müharibəsindən sonra bu cür şans var idi, ancaq bundan heç kim istifadə etmədi. Bununla belə, aydın idi ki, “dünya diplomatiyasının lüləsi altında” tərəflərin təmas xəttində monitorinq sisteminin tətbiqi və beynəlxalq müşahidəçilərin gəlişini nəzərdə tutan Vyana və Sankt-Peterburq sazişləri vasitəsilə münaqişə tərəflərinin silahl eskalasiya durumundan çıxarılması texnologiyası vəziyyəti yenidən uzunsürən əhvalat durumuna aparacaq.

Hazırda Kerri Dağlıq Qarabağ nizamlamasını və onun sözlərinə görə, “münaqişənin adamların müəyyən kompleks qərarlar qəbul etdiyi kateqoriyaya daxil olduğu” çoxilllik İsrail-Fələstin münaqişəsini faktiki olaraq eyni lövhəyə qoymaqla uzağa gedir. Bu açıqlama hər şeydən öncə ona görə diqqətçəkəndir ki, Amerika xarici siyasət idarəsinin başçısı, birincisi, iki münaqişəni artıq postsovet məkanında deyil, Böyük Yaxın Şərq geopolitik diskursu çərçivəsində nəzərdən keçirir. İkincisi, Kerrinin açıqlamasının arxasında Dağlıq Qarabağ problemini RusiyaABŞ-ın ümumi danışıqlarının hüdudundan kənara çıxarılması niyyəti gözə dəyir. Xatırlamaq kifayətdir ki, aprel müharibəsindən sonra Türkiyənin təşəbbüsü ilə İstanbulda İslam həmrəyliyi təşkilatı (İHT) xarici işlər nazirlərinin görüşü oldu, nəticədə Dağlıq Qarabağ üzrə Təmas qrupunun yaradıldığı elan edildi. Bir növ, “İslamATƏT MQ. Lakin Ermənistanın bu cür formatın işinə qatılıb-qatılmaycağı və yaxud söhbətin nəsə özgə məsələdən getdiyi hələlik aydın deyil.

Bakılı politoloq Zərdüşt Əlizadənin bu yaxınlarda Haqqin.az portalına bildirdiyi kimi, “ABŞ Qarabağ problemini Fələsti problemi kimi bir şeyə çevirəcək və hər şey  əvvəlcə olduğu kimi davam edəcək”. Etməyəcək. ABŞ-ın İsrail-Fələstin münaqişəsini yanaşımı – bu, model kimi nəzərdən keçirilsə – sıradakı kimi görünür: iki dövlətin varlığı – yəhudi dövləti kimi İsrail, Fələstin xalqının dövləti kimi Fələstin. Eyni zamanda tərəflər bir-birini məhv etmək fəaliyyəti və ritorikasından imtina etməlidir. Keçmiş status-kvoya qayıdış istisna olunur.

Lakin bu gün sıradakı aydındır: Ermənistan tərəfi hər hansı birtərəfli güzəştlərə hazır deyil, Azərbaycan isə Dağlıq Qarabağın müstəqilliyinə razılaşmağa hazır deyil. Lakin münaqişənin nizamlanmasının İsrail-Fələstin ssenarisi Ermənistanı tam qane edə bilərdi. Təsadüfi deyil ki, bu məqam Bakını şübhələndirib. Azərbaycan XİN mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Bakı “Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq  münaqişənin substansiv danışıqlar vasitəsilə nizamlanmasına tərəfdardır” və “münaqişənin nizamlanması ilə bağlı yeni formulların icadına ehtiyac yoxdur”.

Görünür, ABŞ Cənubi Qafqazda öz geostrateji perspektivini bu bölgədəki energetik maraqlardan imtina tərəfə təshih etməyə başlayıb. Vaşinqton indi həm ATƏT MQ-də, həm də Fələstin-İsrail nizamlaması üzrə “kvartet”də fəal rol oynamaqla Moskvadan siyasi qisas almağa çalışır. (strateq.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar