Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da “seçki saxtakarlığı” qovğaları - Respublikaçılar əndazəni aşır…

Partiyasız Seçki İnnovasiyaları və Tədqiqat Mərkəzi hesab edir ki, nəticələrin elan olunmasını gecikdirən məmurlar seçkilərə qeyri-qanuni etimadsızlıq yaradır və seçiciləri səsvermə hüququndan məhrum edir…

Seçki saxtakarlığı nəzəriyyələrini artıq qəbul etmiş respublikaçı məmurlar bazar ertəsi Arizona ştatının dairələrinin birində aralıq seçkilərin nəticələrinin təsdiqlənməsinə müqavimət göstərib və hüquqi mübahisə üçün zəmin yaradıblar.

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyi bildirib.

Arizonanın cənub-şərqində respublikaçı mühafizəkarların qalası olan Cochise County şəhərində üç nəfərlik seçkiyə nəzarət şurasının iki respublikaçı üzvü ştatda keçirilmiş seçkilərin nəticələrinin təsdiqlənməsinin təxirə salınması üçün səs verib. Onlar ştatın səsvermə maşınlarının lazımi qaydada sertifikatlaşdırılmadığına dair sübut olmadan mübahisə edənlərdən daha çox dəlil eşitmək istədiklərini söyləyiblər.

Gecikməyə etiraz edən demokrat Enn İnqliş Reuters agentliyinə bildirib ki, bu qərar məsuliyyətsizlikdir və şuraya seçkiləri inkar edənlər tərəfindən nəticələri təsdiqləməmək üçün təzyiq edilib.

Arizona ştatının qubernatorunun sözçüsü bazar ertəsi məhkəməyə müraciət edərək əyalət qanununun tələb etdiyi kimi nəticələrin təsdiqlənməsini tələb edəcəyini bildirib. Qubernatorun ofisi keçən həftə şuraya səsvermə maşınlarının lisenziyalarının sənədlərini daxil edən məktub göndərib. Sözçü Sofiya Solis bildirib ki, “faktlar mübahisəli deyil və biz Arizona demokratiyasına əsassız hücumlarda iştirak etməyəcəyik”.

Reuters qeyd edir ki, keçmiş prezident Donald Trampın 2020-ci il seçkilərinin ondan oğurlandığını iddia etməsindən sonra Arizona seçki saxtakarlığı iddiaları ilə bağlı qovğaların mərkəzində olub. Arizonada və başqa ştatlarda 2020-ci il səslərinin bir neçə təkrar sayılması Co Baydenin qələbəsini təsdiqləyib.

Bu il ştatın Respublikaçılar Partiyasından qubernatorluğa namizədi Kari Leyk Trampın seçki iddialarını əxz edib və 8 noyabr seçkilərində rəqibi, hazırkı qubernator Katie Hobbsa 17 000 səsdən bir qədər çox səslə uduzsa da, məğlubiyyətini etiraf etməkdən imtina edib.

Bazar ertəsi Arizona ştatının ən böyük bölgəsi olan Marikopa rayonunda sakinlər seçkinin nəticələrini təsdiqləyən şuranın xalqa açıq iclası zamanı nəticəni etriazla qarşılayaraq Şuraya “sözlü” hücum ediblər.

Seçki günü ştatın səlahiyyətliləri bazar günü yaydıqları hesabatda qeyd ediblər ki, 223 seçki mərkəzindən 71-ində seçki bülletenlərini skan edən printerlər mürəkkəblərinin həddən artıq parlaq olması səbəbindən düzgün işləməyib. Marikopa səlahiyyətliləri, təxminən 17,000 seçici üçün problem yarandığını, lakin məsələnin tez bir zamanda həll edildiyini söyləyiblər.

Bazar ertəsi iclasda bir qadın isə ştat nəzarətçilərini “satqın” adlandırıb. O, idarə heyətinin sədri Bill Geytsə seçkiyə müdaxilənin “dövlətə xəyanət hesab edildiyini, ölüm cəzası ilə cəzalandırılacağını” söyləyib və seçkiləri oğurlayanların “zorakı inqilabı zəruri etdiyini” bildirib.

Arizona ştatının başqa bir mühafizəkar rayonu olan Mohave Kountidə də yerli hökumət keçən həftə nəticələrin təsdiqlənməsini təxirə salmışdı, çünki idarə heyəti Marikopanın bülletenlərlə bağlı nə baş verdiyinə dair izahat gözləyirdilər.

Bazar ertəsi Mohave seçki şurası seçkilərin nəticələrini təsdiqləyib, eyni zamanda Marikopanın fəaliyyətini də tənqid edib.

Nəzarətçi Hildy Angius bildirib ki, Arizona və bu, Marikopa Kounti ölkənin və dünyanın gülüş obyektidir və lakin onlar heç bununla maraqlanmırlar.

Arizonanın qanunlarına görə ştat üzrə yekun nəticələr dekabrın5-dək elan olunmalıdır və noyabrın 28-dək isə əyalətlər nəticələri təsdiqləməlidirlər.

Partiyasız Seçki İnnovasiyaları və Tədqiqat Mərkəzinin icraçı direktoru David Beyker deyib ki, nəticələrin elan olunmasını gecikdirən məmurlar seçkilərə qeyri-qanuni etimadsızlıq yaradır və seçiciləri səsvermə hüququndan məhrum edir. Beyker qeyd edib ki, keçən il əyalət məmurları seçkinin nəticələrini təsdiqləməkdən imtina etməklə intuitiv hisslərlə davranaraq öz andlarını və qanunlarını misli görünəmiş səviyyədə pozublar.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar