Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ-da film çəkilişi zamanı Alek Balduin qadın operatoru güllələdi, rejissera da xəsarət yetirdi

ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb. Bu barədə KRQE telekanalı məlumat verir.

Məlumata görə, hadisə Nyu-Meksika ştatında "Rust" ("Pas") vesterninin çəkilişləri zamanı qeydə alınıb. Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib, hansı ki, boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Hazırda ilmin çəkilişləri dayandırılıb.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib. Faktla bağlı araşdırma aparılır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Ramanıda axan qardaş qanı: yoxsulluq, səfalət, işsizlik və narkotik...

Ronaldunun hönkürtü ilə ağladığı yeni görüntülər ortaya çıxıb - Video

Ən çox oxunanalar