Bayden dövlət borcunun tavanını heç bir şərt olmadan qaldırmağı tələb edib…
ABŞ-ın dövlət borcunun artırılması ilə bağlı danışıqlar dalana dirənib.
PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin bu günkü açıqlamalarından belə nəticəyə gəlmək olur.
Amerika lideri Co Baydenin hesab edir ki, Konqres dövlət borcunun artırılmasını heç bir şərt olmadan etməlidir.
“Bunu şərtsiz etmək lazımdır. Biz burada danışıqlar üçün heç bir imkan görmürük, burada nəyi müzakirə etmək lazım olduğunu görmürük. Biz bunu onların, konqresin vəzifəsi hesab edirik”, deyə Jan-Pyer bildirib.
Qeyd edək ki, bir gün əvvəl Bayden Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşüb. Makakrti hesab edir ki, borclanmanın artırılması ilə bağlı məsuliyyətin prezidentlə bölüşməkdə israrlıdır. Makakrti əlavə edib ki, eyni zamanda Bayden qanunvericilərlə büdcə kəsirinin azaldılmasını müzakirə etməyə hazırdır.
Xatırladaq ki, 2023-cü ilin yanvarında ABŞ borclanma limitlərini tükəndirib və Maliyyə Nazirliyinin iyunun əvvəlində mümkün olduğunu təxmin etdiyi defoltdan qaçmaq üçün "fövqəladə tədbirlər" həyata keçirməyə başlayıb.
ABŞ-ın maliyyə naziri Canet Yellen daha əvvəl bildirib ki, ABŞ Konqresi dövlət borcunun tavanının növbəti dəfə artırılmasını təsdiqləməsə, bu, ölkə və onun maliyyə sistemi üçün böyük təhlükə yaradacaq. Beləliklə, o, aralıq seçkilərin nəticələrinə görə Konqresin iki palatasına nəzarətin iki fərqli partiyaya keçməsinin yaratdığı vəziyyəti şərh edib.
pia.az