Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da antisemitizm sürətlə yüksəlir...

İsrail nəşrindən Ağ Evə çağırış: ABŞ-da antisemitizm darmadağın edilməlidir...

Ağ Ev bu gün Amerikada artan antisemitizm dalğasını müzakirə etmək üçün dəyirmi masa toplantısı çağırıb.

PİA.az The Yerusalem Post qəzetinə istinadən xəbər verir ki, toplantıda iştirak edən ABŞ məmurları bir əsrlik nifrətin yeni epidemiyası ilə mübarizə aparmaq üçün nə edə biləcəklərini müzakirə edəcəklər.

"Onların görüşü ilk müsbət addımdır, problemi etiraf edirlər və onun həllinə çalışırlar. Ancaq daha çox iş görülməlidir. İlk növbədə, qarşılaşdığımız, xüsusən də son vaxtlar sosial mediada rastlaşılan “antisemitlər” və “antisemitizm” ifadələri diqqətə alınmalıdır", deyə The Yerusalem Post yazır.

Vitse-prezident Kamala Harrisin yəhudi əri Duqlas Emhoffun sədrliyi ilə keçirilən bugünkü iclasda iştirak edənlər arasında ABŞ prezidenti Co Baydenin daxili siyasət üzrə baş müşaviri Syuzan Rays, Dövlət Departamentinin antisemitizmə nəzarət və mübarizə üzrə xüsusi nümayəndəsi Deborah Lipstadt və ABŞ prezidenti Co Baydenin ictimai öhdəliklər üzrə baş məsləhətçisi Keyşa Lans Bottoms iştirak edib.

ABŞ-da antisemitizm yüksəlir

Sosial mediada antisemitizm ifadəsi İlon Maskın Twitter-i satın aldıqdan sonra paylaşmaların məzmununa nəzarəti ləğv etməsindən sonra daha da artıb. Bu, reper Kanye Uestin açıq-aşkar antisemit şərhlərində özünü göstərib. Mask bundan dərs aldı və Uest Hitleri təriflədikdən sonra keçən həftəonun Twitter-dəki hesabı bağlanıb.

Emhoff deyir ki, o, vitse-prezidentlə evlənən ilk yəhudi olaraq, “İkinci Centlmen” olduqdan sonra yəhudilərin üzləşdiyi təhlükələrə qarşı daha həssas olub.O, Tvitterdə belə yazıb:

“Hazırda məim üçün çox ağırdır. Holokostun inkarı və faşist qatilləri tərifləmək təhlükəlidir, antisemitizmi və nifrəti alovlandırır. Bu çirkin əməlləri pisləmək hamımızın borcudur. Biz susmamalıyıq”.

Bayden antisemitizm və nifrətin digər formaları ilə mübarizəni gündəminin ən önəmli parçalarından birinə çevirib. Lakin onun Respublikaçı sələfi Donald Trampın keçən həftə Floridadakı Mar-a-Laqo malikanəsində Uest və ağdərililərin üstünlüyünü müdafiə edən Nik Fuentesi qəbul etmişdi. Halbuki, kürəkəni yəhudi olan Tramp bu problemi daha yaxşı bilməli idi.

Bayden cümə günü birmənalı olaraq antisemitizmi pisləyərək digər siyasi liderləri də eyni şeyi etməyə çağırıb: “Mən sadəcə bir neçə şeyi aydınlaşdırmaq istəyirəm: Holokost baş verib”, deyə prezident tvitter hesabında yazıb: “Hitler şeytani bir fiqur idi. Siyasi liderlərimiz ona platforma vermək əvəzinə, antisemitizmin gizləndiyi yerdə onu boğmalı və rədd etməlidir. Susmaq antisemitizmlə şəriklikdir”.

NBC xəbər verir ki, Milli Təhlükəsizlik Departamenti keçən həftə yəhudi, LGBT və miqrant icmalarının “davamlı və ölümcül təhlükə” ilə üzləşdiyinə dair terrorla bağlı xəbərdarlıq edib. Merilend ştatından olan yəhudi demokrat senator Ben Kardin antisemit zorakılıq təhlükəsi ilə mübarizə aparan yüksək vəzifəli şəxsləri toplantıya çağırıb.

“Söz azadlığını müdafiə etmək və amerikalıları zərərdən qorumaq arasında düzgün tarazlığı tapmaqla yanaşı, öz oyunumuzu inkişaf etdirməli, nifrətə əsaslanan zorakılığın hədəfi olmuş digər qruplarla koalisiyaları yenidən qurmalı və antisemitizmə qarşı mübarizə aparan koordinasiyanı institutsionallaşdırmalıyıq”, deyə, Kardin qeyd edib.

Lipstadt noyabrın 15-də Cənubi Afrika Yəhudi Deputatlar Şurasına müraciətində diqqətəlayiq bir məqamı qeyd edib: “Əgər biz bu döyüşdə mübarizə aparacağıqsa, sözlərin əhəmiyyətini dərk etməliyik. Hökumətlər əlbəttə ciddi tədbirlər görməlidirlər, lakin biz də fərd olaraq nifrətin bütün formalarına qarşı çıxmalıyıq”, deyə o, qeyd edib.

The Lawfare Project-in qurucusu və icraçı direktoru Bruk Goldstein, antisemitizmlə mübarizəni bir addım da irəli apararaq, “Yəhudi Nifrətinə Son” (YNS) adlı kütləvi vətəndaş hüquqları hərəkatını başladıb. YNS hərəkatının bəyənatında deyilir ki, bu hərəkat yəhudiləri gücləndirməyə və əsrlər boyu davam edən təqib və ayrı-seçkilikdən azad etməyə çalışır. “Biz yəhudilərə nifrətin hər hansı digər qruplara- qaradərililər, LGBT və ya qadınlara qarşı nifrət və ya zorakılıq kimi iyrənc və qəbuledilməz olduğunu tanıyan bir dünya tələb edirik!”, deyə bəyanatda bildirilir.

Qoldşteynin fikrincə, antisemitlər bilməlidirlər ki, yəhudilərə qarşı nifrət nitqi məhkəmə çəkişmələri (məsələn, Lipstadtın Holokostu inkar edən David İrvinqə qarşı məşhur iddiası) sanksiyalar (məsələn, Adidas-ın Ye ilə müqaviləni dayandırması) kimi nəticələr doğura bilər. Qoldşteyn deyir: “Antisemitizm qlobal bir fenomen kimi böyüyür və bu, nifrət doğruduğu üçün həyəcan təbili çalınmalıdır”.

The Yerusalem Post yekunda ABŞ adminstrasiyasını antisemitizmi darmadağın etməyə çağırır:

“Bugünkü Ağ Ev toplantısında iştirak edənləri nəzərə almağa çağırırıq ki, “Dəmir Qübbə” antisemitizmə qarşı yəhudiləri qorumaq iqtidarında deyil, ona görə də antisemitzm çirkin başını qaldıran kimi onu əzmək lazımdır”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar