Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ankaranın Finlandiya və İsveçin NATO-ya qoşulmasına müsbət yanaşmamasını şərh edib

ABŞ rəhbərliyi İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmayan Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Almaniya və Fransaya gözlənilən səfərinə həsr olunmuş xüsusi brifinqdə jurnalistlərə deyib.

O, bu həftə sonu Almaniyanın paytaxtı Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyini, Finlandiya və İsveçin xarici işlər nazirlərinin də dəvət olunduğunu xatırladaraq Türkiyənin mövqeyini aydınlaşdırmaq üçün çalışdıqlarını vurğulayıb.

Eyni zamanda K.Donfrid Türkiyənin mövqeyini şərh edərkən rəsmi Vaşinqtonun NATO-nun “açıq qapı” siyasətini, həmçinin Finlandiya və İsveçin Alyansa qoşulmaq niyyətini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən ölkəsinin Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyünə müsbət yanaşmadığını qeyd edib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar