Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ administrasiyası niyə Ərdoğana qarşı qəzəblidir?

ABŞ-ı idarə edən düşüncə Türkiyəni idarə edən insanların dövləti intihara sürükləyən qərarlar verməsini gözləyir...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 10 iyun 2021-ci il

Ərdoğan-Bayden görüşü yaxınlaşarkən ABŞ dövlət katibi Entoni Blinken də Senatın Xarici Əlaqələr Komitəsində sualları cavablandırıb. “Amerikanın Səsi”ndə yayımlanan xəbərə görə, komissiyanın sədri Demokrat senator Robert Menendez: “Türkiyə Kipri və xüsusi iqtisadi bölgəni təhdid etdikcə, Liviya ilə birgə heç kim tərəfindən tanınmayan, ancaq Yunanıstanın xüsusi iqtisadi bölgəsinə müdaxilə edən bir zona yaratdıqca, Azərbaycan üzərindən Ermənistana qarşı təcavüzkar davrandıqca beynəlxalq hüququ pozmağa davam edir. Bəs biz Ərdoğanın dövründə Türkiyəyə qarşı nələr edirik, sualını verdikdən sonra isə “Ərdoğan idarəsi altındakı Türkiyə” deyirəm, çünki bu türk xalqı ilə əlaqəli deyil, yalnız liderlə əlaqədardır”, deyə əlavə edib.

Blinken bu narahatlıqları bölüşdüyünü və sözügedən məsələlərin Bayden-Ərdoğan görüşü zamanı əsas gündəmi əhatə edəcəyini bildirib: “Bir çox cəhətdən Türkiyə bir NATO müttəfiqi kimi davranmır. Yalnız Rusiyadan S-400 alması deyil, həmçinin Aralıq dənizinin şərqində atdığı addımlar da olduqca narahatedicidir”.

Blinken Ankaranın Kiprin xüsusi iqtisadi bölgəsi kimi qəbul edilən sularından gəmilərini geri çəkməsindən və qazıntı işlərinə son qoymasından məmnun olduqlarını bildirib.

Dövlət katibi əlbəttə ki, Kipr deyəndə oranı bir yunan adası kimi gördüklərini də açıqlamış olub. Blinken, həmçinin, Türkiyənin bir neçə kritik mövzuda Qərblə ayaqlaşmasının onların maraqlarına uyğun olduğunu vurğulayıb.

Bu söhbətlərdən başa düşülən budur ki, ABŞ da AB kimi Qərbdən asılı qalan bir Türkiyə istəyir. Türkiyə öz milli maraqlarını qoruduğu üçün Qərb dünyası, yəni ABŞ və AB bundan narahat olur. Türkiyə adından Blinken və Menendezə veriləcək cavab böyük sual işarəsi olaraq ortada durmaqdadır: “ABŞ niyə görə Türkiyəni NATO müttəfiqi kimi deyil, düşmən kimi qəbul edir? Məsələn, ABŞ niyə Şimali İraqdan sonra Suriyanın şimalında bir kukla dövləti qurmağa çalışır? Türkiyəyə qarşı hücumlar həyata keçirən PKK terror təşkilatını və Suriyadakı davamçısı PYD-ni fəal şəkildə dəstəkləyir? ABŞ niyə Türkiyəni bazalarla mühasirəyə alır? ABŞ Türkiyənin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyan Montre Boğazları Konvensiyasını ləğv etmək üçün niyə təzyiq göstərir?”.

Ancaq iclasdan bir az əvvəl Amerikanın “Cargill” firmasının Türkiyədə istehsal etdiyi məhsulların kvotasını 100% artırmaq üçün Türkiyənin səlahiyyət alması və ABŞ-ı bu cür sövdələşmələrə razı salması heç yaxşı alınmazdı. Elə ABŞ da hər zaman bu cür güzəştlər əldə etmək istəyib və edə bilib. Lakin buna baxmayaraq, Türkiyə heç vaxt öz siyasətini dəyişdirməyib.

Böyük Yaxın Şərq layihəsi, yəni ABŞ-ın bir dövlət siyasəti qurduğu Böyük İsrail layihəsi Türkiyənin 22 İslam ölkəsi ilə birlikdə parçalanaraq kukla dövlələrə çevrilməsini nəzərdə tutur. Tayyib Ərdoğan isə ABŞ-la həyata keçirdiyi Ərəb Baharı, Suriya və Egey siyasətləri ilə bu layihəyə mühüm töhfələr verib və Aralıq dənizinin şərqi, Liviya və Azərbaycanda dövlət qərarlarını həyata keçirməyə çalışıb. Misir məsələsində də ABŞ-dan fərqli davranıb.

İndi isə “Niyə Ərdoğan ABŞ-ın bütün istəklərini yerinə yetirmir?”, deyərək Türkiyənin öz maraqlarını qorumaqdan imtina etməsini istəmələri ağıl və məntiqlə izah edilə biləcək bir durum deyil. ABŞ-ı idarə edən düşüncə Türkiyəni idarə edən insanların dövləti intihara sürükləyən qərarlar verməsini gözləyir.

Türkiyədə kim hakimiyyətdə olmasına baxmayaraq, ABŞ-ın bu absurd gözləntilərini qarşılaya bilməz. AKP hökuməti Böyük Yaxın Şərq Layihəsi istiqamətində atdığı addımları “Böyük Osmanlı gəlir” ifadəsi ilə izah edərək AKP-yə səs verən kütləni yayındırırdı. Amma indi bütün məlumatlar oyunun bitdiyini göstərir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar