Poliqon İnfo Az (pia.az) xəbər portalı 2009-cu il iyunun 9-da “MilliYol” qəzetinin nəzdində fəaliyyətə başlayıb. İlk olaraq sayt “MilliYol” qəzetinin elektron versiyası olaraq nəzərdə tutulsa da, daha sonra müstəqil internet media qurumu kimi fəaliyyət göstərməyə başlayıb. Saytın ilk baş redaktoru mərhum jurnalist Şahin Ağabəyli olub. 2010-ci ilin dekabr ayından sayta Azər Qaramanlı rəhbərlik edir.
Poliqon İnfo Az xəbər portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı, saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır.
Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən www.pia.az saytına istinad etmək məcburidir. Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.