Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abituriyentlərin riyaziyyat fənni üzrə zəif nəticə göstərməsinin səbəbləri açıqlanıb

Abituriyentlərin riyaziyyat fənni üzrə hazırlıq səviyyələrinin qənaətbəxş olmamasının səbəbləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Report”un sualına cavab olaraq bildirib ki, həmin fənn üzrə aşağı nəticə göstərilməsi necə var idisə, yenə də eyni vəziyyət qalıb.

Onun sözlərinə görə, yəni riyaziyyat fənni üzrə vəziyyət pisləşməyib: “Sadəcə, Azərbaycan dili və ingilis dilində müşahidə etdiyimiz müsbət tendensiyanı bu fəndə görmürük. Müəllimlərin özlərinin yeni proqramla əlaqədar qiymətləndirmə alətləri ilə işləməyi, məktəbdə tətbiqi, dərsliklərdə ola bilsin hansısa problemlər və s. hamısı ümumi səbəblər sırasındadır. Hər bir sahə ilə bağlı əlavə araşdırmalar aparmaq lazımdır. Məsələn, 10-15 il bundan əvvəl görürdük ki, sadə mövzu imtahana düşəndə abituriyentlər pis cavab verirdi.

Araşdırmalarımız onu göstərdi ki, həmin mövzunu üçüncü rübün sonunda və ya 4-cü rübə keçəndə müəllimlər ənənəvi olaraq şagirdlərə məktəbdaxili qiymətləndirilməsi prosesində ev tapşırığı kimi həvalə edirdilər. Çünki üçüncü rübün axırıdır və müəllimlər qiymətləndirmə ilə məşğuldurlar. Təbii k, şagirdlər də evdə həmin mövzuya ötəri baxırlar. Sonra da şagird həmin mövzu imtahana düşəndə zəif nəticə göstərirdi. Halbuki həmin mövzu rübün sonunda izah olunmalı idi, ancaq çox zaman olunmurdu. Belə məsələlər olurdu və zamanla aradan qaldırılır. Məsələlərə səthi yanaşmalar kifayət qədərdir”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar