Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

9 milyon 234 min 527 tibbi xidmət

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabatına görə, 2021-ci ilin ilk yarısı ərzində ölkə üzrə 2 milyon 74 min 276 vətəndaşa 9 milyon 234 min 527 tibbi xidmət göstərilib: “Yarım ildə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub”.

Azərbaycanda icbari tibbi sığorta 2020-ci ilin yanvarından tətbiq olunur, 2021-ci ilin aprelindən bütün ölkəni əhatə edib.

Novator.az bildirir ki, 2021-ci ildən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 2 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı verir.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 1 faiz, 8000 manatdan yuxarı hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəyir.

2022-ci ildən əməyin ödənişi fondunun 8000 manata qədər hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Mülki hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək hissəsinin 2 faizi, 8000 manatdan yuxarı hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı var.

Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər) üzrə minimum aylıq əməkhaqqının (hazırda 250 manatdır) 4 faizi miqdarında icbari tibbi sığorta haqqı qüvvədədir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisnadır.

Dövlət büdcəsi hesabına sığorta haqqının adambaşına məbləği belə müəyyən edilib: icbari tibbi sığortanın 2020-ci ildən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat; 2021-ci ilin yanvarından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi; aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar