Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 yaşlı uşaq niyə məhv edilir?!

Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası gələcəyimiz olan azyaşlı uşağın gələcək taleyini nə üçün məhv edir və Ailə Qadın uşaq problemləri uzrə dövlət komitəsi niyə göz yumur?!

Bakı Apellyasiya və Ali məhkəmənin müvafiq qərarı ilə 8 yaşlı A.Nəzirova atasının himayəsinə verilsə də iki ilə yaxındır ki, Bakı şəhər, Nizami rayon İcra Şöbəsinin icra məmurları məhkəmə qərarını icra etməkdə üzərilərinə düşən vəzifəni yerinə yetirmirlər. Məhkəmə qərarları dövlətin adından çıxarılır, icrası məcburidir və icra məmurları məhkəmə qərarlarını yerinə yetirilməsində məsuliyyət daşıyır. Qərəzli şəkildə İcra olunmayan qərar məhkəməyə hörmətsizlik kimi qəbul edilir. Qərar kağız üzərində qalacaqsa, məhkəmə və yaxud İcra şöbələri nə üçün lazımdır?

Nizami rayon məhkəməsinin A.Nəzirovaya anası tərəfindən psixoloji təzyiqlər olunduğu sübut edildiyi halda, hələ də aidiyyəti dövlət qurumları susur. Əgər ananın psixoloji problemi varsa, uşağın taleyinin məhv olunmasına laqeydlik nümayiş etdirən aidiyyəti qurumların məsuliyyətsizliyini necə anlamaq olar? Məgər o, uşaq Azərbaycanın gələcəyi deyil? Axı, gələcəyi məhv edilən uşağın günahı nədir? İcra məmurlarının laqeydliyi ucbatından 8 yaşlı bir uşağın həyatı şüurlu şəkildə məhv edilirsə, həmin uşağın taleyin ümidinə buraxılmalıdırmı? 8 yaşlı bir uşaq psixoloji təzyiqə və şiddətə məruz qalırsa, onun şüurlu şəkildə məhv olmasına göz yumanlar az da olsa vicdan əzabı çəkirlərmi?
A.Nəzirova Nizami rayonundakı 251 saylı orta məktəbdə təhsil almalı olsa da, bu günə kimi, yəni bir ildən artıqdır məktəbə aparılmır. Məktəb direktoru da bununla bağlı Nizami rayon Polis İdarəsinə, Nizami rayon Qəyyumluq və Himayəçilik komissiyasına və Ailə qadın uşaq problemləri uzrə dövlət komitəsinə müraciət etsə də, sözügedən qurumlar heç bir tədbir görməyiblər. Sanki yuxarıda adları qeyd olunan qurumlar 8 yaşlı uşağın məhv olmasına bilərəkdən göz yumurlar. A.Nəzirovanın atası bu barədə bütün dövlət qurumlarına müraciət etsə də, təəssüflər olsun ki, bu günə kimi heç bir müsbət nəticə əldə edə bilməyib.

Cənab prezident İlham Əliyev və birinci vitse-prezident uşaqların hamisi və sevimlisi Mehriban xanım Əliyevayanın siyasətinə zidd olaraq yuxarıda adları qeyd olunan dövlət qurumları öz tutduqları vəzifələrini layiqincə yerinə yetirmirlər və Azərbaycan Respublikasının gələcəyi olan uşağın hüquqlarını kobudcasına pozurlar.(müstəqil.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar