Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

7-ci “ARPACHAY OPEN” beynəlxalq turniri uğurla başa çatıb

Xarici və yerli idmançıların mübarizə apardığı idman yarışında Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub...

Şanlı tariximiz olan 20 Yanvar faciəsinə həsr olunan, ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan 7-ci “ARPACHAY OPEN-2023” beynəlxalq turniri 20-22 yanvar 2023-ci il tarixlərində Bakı İdman Sarayında baş tutub.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Arpaçay Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə ənənəvi “ARPACHAY OPEN-2023” beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi 21 yanvar 2023-cü il tarixində Bakı İdman Sarayında keçirilib. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Bakı Gənclər və İdman İdarəsinin rəisi Rafiq Abbasov, Milli Məclisin üzvləri Vüqar İskəndərov və Sadiq Qurbanov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan bəhs ediblər. Tədbirdə çıxış edən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov tədbir iştirakçılarına minnətdarlığını çatdırıb və Arpaçay İdman Birliyi tərəfindən bundan da möhtəşəm idman yarışlarının keçiriləcəyinə söz verib. Sonda qonaqlara fəxri diplomların təqdim olunması mərasimi keçirilib.

Yarışla bağlı məlumat verən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov deyib ki, 3 gün davam edən “ARPACHAY OPEN” turnirində xarici ölkələrdən, o cümlədən Çexiya, Gürcüstan, Küveyt, Özbəkistan, Rusiya və Ukraynadan, habelə Azərbaycanın paytaxtı Bakıdan və regionlardan 700-dən çox idmançı, o cümlədən 6-7, 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15, 16-17 yaşlı yeniyetmələr, 18 yaşdan yuxarı gənclər və veteran idmançılar kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. 40-dan çox federasiya və idman klubu turnirdə içtirak edib. Ümumi nəticələrə görə, Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar