Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

600 minlik yeyinti edən baş həkim məhkəmədə: "Bunu təkbaşına görməmişəm"

600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

PİA.az xəbər verir ki, 30 ilə yaxın xəstəxanada baş həkim olan Rəsul Baxşəliyev bir sıra şəxsləri kağız üzərində bağban, tibb bacısı, sanitar, həkim kimi işə götürərək onlar üçün ayrılan maaşları mənimsəyib. 1992-2021-ci illərdə xəstəxananın baş həkimi olmuş Baxşəliyevin adını rəsmiləşdirdiyi şəxslər arasında öz qızı Sitarə Baxşəliyeva da olub. O, qeydiyyatçı kimi işə götürülsə də, heç vaxt işə gəlməyib. Amma maaş kartına aylıq 270 manat pul köçüb.

İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb.

Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.

85 yaşlı baş həkim Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “Bu məbləğlə razı deyiləm, o qədər olmayıb. Həm də mən bu işi təkbaşına görməmişəm”.

Baxşəliyev istintaqdakı ifadəsində isə deyib ki, müavini İbrahimova hər ay kartlardan pulları çıxararaq ona verirdi: “Həmin vəsaitləri sonra öz aramızda bölürdük. Zinyət İbrahimova hər ay maaş kartlarından 2000 manat çıxarıb mənə verirdi. Bunun içində 400 manat öz maaşım idi. Adları işçi kimi rəsmiləşdirilmiş şəxslərə iş stajı yazılırdı deyə bununla razılaşmışdılar. Əməlimdən peşmanam”.

Qeyd edək ki, baş həkim istintaq dövründə vurulan ziyanın 263 min manatını ödəyib. Həm R. Baxşəliyev, həm də müavini Z.İbrahimova CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur.

Məhkəmə araşdırmaları davam edir. (Qafqazinfo)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar