Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

49 il öncəki meşə yanğınları – Kosıgin marşal Qreçkoya, Brejnev Andropova göstəriş verib ki...

Meşə yanğınları metereoloji mənşəli təbii fəlakət sayılsa da, bəzi hallarda meşələrdə baş verən yanğınların səbəbi heç də təbiət hadisəsi, iqlim şəraiti ilə bağlı olmur. Dünyada baş verən meşə yanğınları haqqında araşdırmalara nəzər salsaq, şahidi olarıq ki, bu cür yanğınlarda insan faktoru da var. Bu faktorlar isə iki yerə bölünür: səhlənkarlıq və qəsd.

Meşə yanğınları təbiətə böyük zərər vurmaqla yanaşı, həm də ərazisində baş verdiyi ölkənin iqtisadiyyatına da ciddi ziyan vurur. Belə ki, söndürülməsi mürəkkəb və çətin olan meşə yanğınları çox sürətlə yayılaraq ətraf yaşayış məntəqələrinə, kənd təssərüfatı sahələrinə də keçir.

1972-ci ildə SSRİ-də baş verən meşə yanğınları isə SSRİ kimi nəhəng bir ölkədə ərzaq böhranı yaradıb.

Həmin ilin yay fəsli SSRİ-nin Avropa hissəsində ən yüksək temperatur müşahidə olunub. 20-ci əsrdə ilk dəfə olaraq havanın hərarəti müsbət 38-40 dərəcəyə çatıb. Qış fəslinin mülayim keçməsi, yağıntıların əvvəlki illərə nisbətən az olması kifayət qədər böyük quraqlığa səbəb olub. Moskvada iyun, iyul, avqust aylarında isti hava temperaturu normadan xeyli artıq olub.

İsti iqlim şəraiti SSRİ ərazisində kütləvi meşə yanğınlarına səbəb olub. İyulun 16-dan başlayaraq ölkənin 17 muxtar vilayətində və müxtar respublikasında meşə yanğınları qeydə alınıb ki, günbəgün yanğınların əhatəsi genişlənib.

Meşə yanğınlarının qarşısının alınması və söndürülməsi Siyasi Büroda ayrıca məsələ kimi müzakirəyə çıxarılıb. Büro Nazirlər Sovetinə təcili tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq verib.

SSRİ Nazirlər Sovetinin Aleksey Kosıginin rəhbərliyi ilə keçirilən yığıncağında yanğın qərargahının yaradılması ilə bağlı qərar qəbul olunub. Qərargaha rəhbərlik SSRİ müdafiə naziri marşal Andrey Qreçkoya həvalə edilib. İki ay ərzində Qreçko Moskva ətrafında yerləşən Şatura şəhərindəki yaradılmış qərargahda yanğınların söndürülməsinə rəhbərlik edib.

İlk 10 gün ərzində Moskva vilayətindəki yanğınların qarşısını almaq mümkün olmayıb. Yalnız iki həftə keçdikdən sonra yanğınsöndürmə briqadaları çox çətinliklə vilayətdəki meşə yanğınlarının sürətlənməsinin qarşısını almağa müvəffəq olublar.

Amma bu ərəfədə Leninqrad, Kostroma, Vladimir, Qorki, Ryazan vilayətlərinin ərazisində yeni meşə yanğınları başlanıb. Avqust ayında yanğınların sürətlənməsi, miqyası pik həddinə çatıb. Belə ki, Moskva vilayətində 6200 hektar, Leninqradda 2670 hektar, Kostromada 38000 hektar, Ryazanda 17000 hektar, Vladimirdə 21000 hektar meşə örtüyü saıradan çıxıb. Bununla yanaşı, meşə yanğınları ətraf əraziləri də bürüyüb ki, yaşayış məntəqələri və kənd təssərrüfatı sahələrinə ciddi ziyan dəyib.

Yanğınların söndürülməsinə 30 min könüllü, 24 min yanğınsöndürən, iki ordu korpusu, 3 minə yaxın texnika cəlb edilib ki, sütkanın 24 saatı meşə yanğınları ilə mübarizə aparılıb.

Eyni vaxtda ayrı-ayrı ərazilərdə yanğınların baş verməsi yanğınların qəsdən törədilməsi ilə bağlı şübhələr yaradıb. Avqustun 2-də Siyasi Büroda keçirilən iclasda Leonid Brejnev bu məsələyə xüsusilə toxunaraq DTK sədri Yuri Andropova şəxsən hadisə yerinə getməyi tapşırıb. DTK-ya qəsdən yanğını törətməklə bağlı bir neçə informasiya daxil olsa da, həmin informasiyaların heç biri rəsmi təsdiqini tapmayıb.

Meşə yanğınları ilə bağlı sovet mətbuatı və televiziya geniş məlumat verməyib. Əksinə, bir-iki qəzet materilında yanğınsöndürənlərin texnikalar qarşısında fotoları tirajlanaraq onları peşəkarlıqları haqqında kiçik reportajlar yazılıb.

Hətta həmin dövtrdə meşə yanğınları zamanı 19 kəndin tamamilə yanıb külə dönməsi, 104 nəfərin yanğınlarda həlak olması haqqında da ictimaiyyətə məlumat verilməyib.

SSRİ-də 1972-ci ildə baş verən meşə yanğınları ölkəni ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyub. Siyasi Büronun növbəti iclası da məhz bu məsələyə həsr olunub. Büro üzvləri vəziyyətdən çıxış üçün SSRİ-nin ehtiyat qızıl fondundan 486 ton qızıl sataraq ölkəyə taxıl və digər ərzaq məhsulları almaq qərarına gəliblər. Çünki əks halda ölkədə ərzaq qıtlığı ilə bağlı sosial narazılığın yaranmasının qaçılmaz olduğunu yaxşı dərk ediblər.

Rəsmi məlumatlara inansaq, SSRİ-də 1972-ci ildə baş verən meşə yanğınlarını təbii fəlakət saymaq olar. Amma bu günlərdə Türkiyədə baş verən meşə yanğınları haqqında “təbii fəlakət” ifadəsini işlətmək hələlik çox tezdir. Artıq bir neçə nəfərin qəsdən yanğın törətməkdə şübhəli bilinərək saxlanması da deməyə əsas verir ki, qardaş ölkədə baş verən meşə yanğınları təbiətin işi yox, mübarizəni yanğın terrorunda görən düşmənin əməlidir.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar