Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

4 manatlıq yağ 9 manat oldu : 9 aya 120-130% bahalaşma 

“Təxminən 9 ay öncəyə qədər 4 manat 20 qəpiyə aldığım 2 litrlik "Möcüzə" günəbaxan yağı olub 9 manat 95 qəpik. 20-30 faiz artımı haradasa başa düşmək olar, amma 120-130% bahalaşma nə deməkdir?!” Bu sözləri jurnalist Süleyman Həmidov özünün “Facebook” hesabında yazıb. O, qısa müddət ərzində sözügedən ərzaq məhsulunun bu qədər çox bahalaşmasına etirazını bildirib.

Qiymət artımını “Sherg.az”a şərh edən iqtisadçı - alim Nazim Bəydəmirlinin fikrincə, bunun xarici və daxili səbəbləri var: “Ərzaq məhsullarının bir çoxu, o cümlədən günəbaxan yağlarının əksəriyyəti Rusiyadan idxal olunur. Məlum olduğu kimi, Rusiya qiymətləri stabil saxlamaqdan ötrü keçən ilin sonundan ixracı məhdudlaşdırdı. Və bu, Azərbaycanda da qiymət artımınına səbəb oldu.

Əsas amillərdən biri isə gömrük orqanlarının bəyannaməmə qiymətini tətbiq etməsi və bu yolla yaradılan süni qiymət artımıdır. Eyni zamanda nəzərə almalıyıq ki, daxili istehsal kifayət qədər deyil, enerji daşıyıcılarının qiyməti çox bahadır.

Həmçinin bazar iqtisadiyyatı inkişaf etməyib, sahibkarlığa məhdudiyyətlər qoyulur. Beləliklə, sözügedən qiymət artımı məsələləri gündəmə gəlir”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Ən çox oxunanalar