Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3000 metr yüksəklikdə yerləşən bölmələrdə xidmət edən Azərbaycan əsgəri - Video

Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3 000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımızın Vətən sevgisi hər birimizi daha da qürurlandırır. Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına çatırıq.

PİA.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində düşmən təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.

Ön xətdə şəxsi heyətin rahat yaşaması və nümunəvi xidmət aparması məqsədi ilə relyef və iqlim şəraitinə uyğun inşa olunan müasir binalarda hərtərəfli şərait mövcuddur. Bu gün müasir kazarmalarda yaşayıb, keyfiyyətli geyim və ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.

Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə şəxsi heyət planlı şəkildə məşq etdirilir. Əsas diqqət hərbi qulluqçuların sayıqlığını yoxlamaqla bərabər komandirlərin bölmələri və döyüşü idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilir.

Ön xətdə xidmət edən zenitçilərimiz bilavasitə tutduqları atəş mövqelərindən 23 mm-lik zenit qurğuları ilə praktiki atışlar da keçirirlər. Atışlar zamanı pilotsuz və digər uçuş vasitələri ilə hədəfi aşkar, müşayiət və məhvetmə vərdişləri təkmilləşdirilən zenitçilərimiz şərti düşmənin alçaq və ən alçaq hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərini məhv edirlər.

Döyüş hazırlığının əsas tərkib hissəsi olan fiziki hazırlıq üzrə keçirilən idman saatlarında şəxsi heyət böyük həvəslə iştirak edir. Bu gün tam əminliklə deyə bilərik ki, əsgərlərimiz hər zaman döyüşə hazır, peşəkar döyüşçülər kimi yetişir, Hərbi Andın və nizamnamələrin tələblərini layiqincə yerinə yetirərək, şərəfli xidmət yolu keçirlər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar